PzH 2000 (Panzerhaubitze 2000) Almaniya istehsalı olan 155 mm-lik Krauss Maffei Wegmann və Rheinmetall tərəfindən Bundesver üçün hazırlanan 155 mm-lik haubitsadır. Ən güclü özü hərəkət edən toplardan biridir və L52 155 mm-lik haubitsa topu əsas silahıdır. Bu texnika tam avtomatik doldurma mexanizmi ilə təchiz edilmişdir. Dəqiqədə atışların sayı 8-dir. Əsas silahının maksimal məsafəsi 40 km-dir. Raketlə dəstəklənən mərmilərdə bu məsafə 50 km təşkil edir. Asqı sistemi burulma çubuğu, maksimum sürəti 60 km/s təşkil edir.
Konstruksiya 1986-cı ildə, İtaliya, İngiltərə və Almaniya yanlış dizayn edilmiş və etibarlı olmayan PZh -155-1 layihəsinə son verməyə razı oldular. Texniki xüsusiyyətləri İstehsalçı: Almaniya/KMW (Krauss-Maffei Wegmann )
Döyüş çəkisi: 55,5 t
Uzunluq: 11.69 m
Eni: 3.54 m
Hündürlük: 3.46 m
Ekipaj: 5
Atışa nəzarət: Avtomatik Atəşə Nəzarət və İdarəetmə
Mərmi doldurma: avtomatik
Lülə: Rheinmetall 155 mm L52
Maksimum mənzili: 30 km; 56 km (Raket dəstəyi ilə)
Qalxma: -5º +65º
Dönmə bucağı: 360º
Sürət: 62 km/s
Meyil dırmaşma: 50%
Xəndək keçmə: 3.00 m
Sudan keçmə: 1.10 m
Hərəkət mənzili: 420 km
Mühərriki: 986 AG, MTU-881 KA 500 Dizel Mühərriki
Güc/Ağırlıq:13,4 kW/t
İxracat tarixi PzH 200, Avstraliyanın artilleriya əvəzedicilərinin yoxlanışına namizədlərdən biridir. Ancaq hələ ordu xidmətinə qəbul edilməyib.
İstifadəçilər 185 (gələcəkdə 154 ədəd olacaq) 57 70 25 24 (2018-ci ildə verilmişdir) 12