Aniko Pelle () — Macarıstanı və İtaliyanı təmsil edən su poloçusu.

Karyerası Aniko Pelle, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu.

Daha sonra Aniko Pelle, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.

Aniko Pelle, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.

İstinadlar

Kateqoriya:Macarıstanın Olimpiya su poloçuları Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında su poloçuları Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında su poloçuları Kateqoriya:İtaliyanın Olimpiya su poloçuları Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında su poloçuları Kateqoriya:İtaliya şəxsləri