Ayaks (Ayant, Eant) Telamonid () və ya Böyük Ayaks () — qədim yunan mifologiyasında, Troya mühasirəsində iştirak edən yunan qəhrəmanı. Ona qarşı pərəstiş ilk öncə Saronikos körfəzinin Egina və Salamin adalarında yaranmışdır, burdan da Elladanın digər bölgələrinə yayıldı.

Homer onu müharibə tanrısı Ares ilə müqayisə edir və yunanların ən güclüsü adlandırır. "İliada" əsərində əsas Troya qəhrəmanı Hektor və Ayaks bir-biri ilə 8 dəfə qarşı-qarşıya gəlirlər. Döyüşlərin heç birində Hektor qalib gələ bilmir. Hətta döyüşlərin ikisində Hektor az qala ölümlə üzləşir ki, Appolon və Troya ordusu onun köməyinə yetirlər.

Döyüşlərdən birində Axilles öldürülür. Ayaks canını təhlükəyə ataraq, onun bədənini döyüş meydanından çıxardır. Axillesin anası Fetida oğlunun döyüş geyimini döyüşçülərin ən cəsarətlisinə bağışlamağa qərar verir. Bu şərəfə layiq görülmək üçün Ayaksla Odissey mübarizəyə başlayırlar. Odisseyin necə qazandığına dair mifin bir neçə versiyası var. Qəzəbli Ayaks yunan başçılarını öldürmək istəyir, lakin Afina onu ağlından məhrum edir. O, yunan düşərgəsi əvəzinə bir sürü mal-qaraya hücum edərək onları tələf edir. Ağlı başına qayıdandan sonra Ayaks baş verən rüsvayçılığa dözə bilmədi və Hektorun verdiyi qılıncla özünə qəsd etdi.

Ayaks pərəstişliyi və iliadanın yaradılışı Troya haqqında olan rəvayətlərə görə, Ayaks Salamin adasından olan bir qəhrəman idi, hansı ki digər yunan başçıları ilə birlikdə Kiçik Asiyaya gəlmişdilər ki, Menelaya qarşı edilən təhqirin qisasını alsınlar. Arxaik və klassik dövrlərin (e.ə. VIII–IV əsrlər) Ellada miflərində Ayaks (Eant) Eakın (Ayakın) nəvəsi, Zevs və Eginanın nəticəsi idi, sonuncu Saronikos körfəzində yerləşən və Salamin yaxınlığında olan adanın eponimidir. Hələ eramızdan əvvəl V əsrdə burada Ayakidlər qəbiləsi hökmranlıq edirdi. Bu fakt ona gətirib çıxardır ki, ya bu adda olan hansısa real insan nə vaxtsa adada yaşayıb, yada burada mənşələrinin Ayakdan gəldiyini iddia edən qəbilə yaşayırdı. Dilçilərin müddəalarına əsasən, "Ayaks" adı "Ayak"dan törəmədir. Buradan aydın olur ki, Ayaks obrazı Ayakdan budaqlanır və onun bir variantıdır, hansı ki sonradan qohumluğa keçdi və böyüklük Ayaksda qaldı. Beləliklə, Egina təkçə Ayak deyil, həm də Ayaks pərəstişliyinin yarandığı yerdir.

Ayaksın əvvəlinci Egina mənşəyi digər qədim mənbələrdə də öz təsdiqini tapır. Hesiodun əsərlərində Ayaks Saronikos körfəzinin sahil torpaqlarına, o cümlədən Salamin və Egina adaları, Korinf, Meqara və Trizin şəhərlərinə yiyəlik edirdi. Herodot Afinada Eak məbədinin qurulmasını Afina və Salamin arasındakı qarşıdurma ilə əlaqələndirir. Ayak və Ayaks arasına Telamon () girir, bu personaj minimal bioqrafiyaya sahib idi və sırf Ayaksın genealogiyası üçün Homerdən öncəki dövrlərdə yaradılmışdır. Ayakın oğlu və Eginadan Salaminə qovulan Ayaksın atası haqqında olan rəvayət sayəsində, Ayaksın vətəni Saronikos körfəzinin bir adasından digərinə köçürüldü. Ən çox yayılmış versiyaya əsasən, bu qədim yunan qəhrəmanının patronimi onun özünəməxsus xüsusiyyəti olan qala qalxanından götürülmüşdür, hansı ki yumrudan fərqli olaraq toqqalı lentlə daşınırdı.

Əsas personajlarından biri Ayaksın olduğu "İliada" əsəri, rəvayətə görə, e.ə. VIII əsrdə Homer tərəfindən yaradılmışdır. Əvvəlcə əsər köçəri müğənnilər tərəfindən ağızdan-ağıza yayılırdı. Qədim yunan eposunun bu abidəsini tədqiq edənlər onun müəllifliyi, yaranma yeri və tarixi ilə bağlı müxtəlif fikirlər səsləndirirlər. Bizim günə çatan əsər xalq əfsanələriylə ötürülən bir çox nəğmələrdən toplanmışdır, iş Afina tiranı Pisistratın (e.ə. 560–527) göstərişi ilə Onomakrit, Zopir Heraklesli və Orfey Krotonelinin daxil olduğu elmi komissiya tərəfindən icra olunmuşdur.

Müasir ədəbiyyatda poemanın mənşəyi ilə bağlı bir neçə versiya mövcuddur. "Unitarlar" adlanan bir sıra şəxslərin fikrincə, İliadanın bir müəllifi var idi, ancaq sonradan ona mahiyyətcə xırda əlavələr edildi. Digər bir qrup alim kitabın bir-birinə bağlı olan bir neçə hissədən ibarət olduğu qənaətinə gəlir. Onlardan biri, epos ("Eantida" və ya "Hektoriada" kimi adlanan) idi ki, orada yunanların tərəfində olan baş qəhrəman Axilles yox Ayaks (Eant) Telamonid idi, hansı ki Hektora qarşı çıxmışdır və nəticədə onu öldürmüşdür. Maraqlıdır ki, əsərin süjetləri içərsindən təsviri sənətdə ilk Hektorla Ayaksın təkbətək döyüşü istifadə olunub.

"İliada" tədqiqatçıları iki Ayaksın qarşılıqlı əlaqələrinə diqqət çəkirlər. Hətta bu cütlüyü Dioskurlar tipli əkiz pərəstişliyi ilə əlaqələndirmişdilər. Hamı tərəfindən qəbul edilmiş versiya o oldu ki, Böyük və Kiçik Ayakslar əvvəlcə bir simanı ehtiva edirdilər, hansı ki sonradan ikiyə bölündü. Pərəstişliyin haçalanması geniş yayılması səbəbindən yaranır, bir ərazidə qəhrəmana yerli fərqləndirici xüsusiyyətlər verilir. Dənizçilərin himayədarı və qoruyucusu sayılan Ayaksa inanc Saronikos körfəzi, Lokrida və İtaliyanın yunan müstəmləkələrinə yayılmışdır. Lokridlər üçün Ayaks yerli hökmdar Oileyin oğlu idi, amma Egina, Salamin və Afina sakinləri Telamonu onun atası sayırdılar. Hər iki obraz Troya müharibəsi haqqında müxtəlif xalq mahnılarına, oradan da "İliada"ya daxil oldular.

E.ə. VI əsrdə Ayaks sayılıb-seçilən qəhrəman oldu. "İliada" əsərində Pisistratın dövründə edilən və Ayaksın afinalılarla əlaqəsi və onların Ayaksın vətəni Salaminə olan iddialarını əsaslandıran mümkün "siyasi" düzəlişlər barədə hələ Strabon (e.ə. 64/63 — b.ə. 23/24) yazmışdır. Afinalıların versiyalarına görə, Ayaksın oğlu və ya nəvəsi Filey Salamindən Yunanıstanın qitə hissəsinə köçmüş, Afina vətəndaşı olmuş və doğma adasını şəhərə vəsiyyət etmişdir. Onun vasitəsilə Yunanıstanın Miltiad və Alkiviad kimi məşhur hərbi və siyasi xadimləri özlərini Ayaksın əcdadları hesab edirdilər. Herodotun məlumatlarına əsasən, Salamin döyüşündən (e.ə. 480-ci il) öncə yunanlar Ayaksı köməyə çağırırdılar.

"Zanteyonlar" adlanan Ayaksa aid məbədlər Qədim Elladanın müxtəlif yerlərində mövcud olmuş və bir sıra şəhərlərdə Eanteya bayramları qeyd olunurdu, Afinada isə Klisfen tərəfindən yaradılmış on filadan biri Ayaksın adını daşıyırdı.

Miflər

Troya müharibəsindən əvvəl Ayaks Salamin padşahı Telamon və Peribeyanın ailəsində anadan olmuşdur. Peribeya hamilə olarkən Herakl Telamonun yanına qonaq gəlmişdir. O, atası Zevsdən Telamona oğlan verməsini xahiş etdi. Göydə qartal göründü, bu da yaxşı əlamət kimi qiymətləndirildi. Heraklın məsləhəti ilə oğlana "Qartal" () adı verildi, transliterasiyada bu Eant kimi səslənir. Sonradan adı "Ayaks" (Αἴας) formasına salındı. Mifin bir versiyasına görə, Herakl Ayaksı körpəlikdə öz aslan dərisinə bükdüyü üçün, onun qoltluğundan başqa bədəni yaralanmaz idi.

O, Yelenanın onlarla adaxlısından biri idi. Gəlinin ögey atası, Sparta hökmdarı Tindarey çətin seçimlə üzləşdi. O, Yelenanı ərə verərək, onlarla məşhur döyüşçü, hökmdarlar və tanrı övladlarının arasından bir dost və onlarla düşmən qazanacağdır. Odisseyin məsləhəti ilə Tindarey hər bir adaxlını Yelenanın gələcək ərini tanımaq və ən əsası, təhlükə və inciklik zamanı onun köməyə gəlmələri üçün and içməyə məcbur etdi. Yelenanın əri Menalay olsa da, Ayaks Telamonid ömür boyu andına sadiq qalmalı oldu. On il sonra Afroditanın köməyi ilə Troya şahzadəsi Paris Menalayın arvadını qaçırdanda, Ayaks ordusu ilə birlikdə axeylərin qoşununa qatılaraq Troya divarlarına yollanmağa məcbur qaldı.

Troya müharibəsinin başladığı zaman o, altında 12 gəmisi olan Salamin padşahı kimi göstərilir.Homer. Песнь вторая // Илиада = Ιλιάς / Пер. Н. И. Гнедича. Строки 557–558 left|thumb|343x343px|Mixail Kozlovskinin müəllif olduğu "Ayaks Patroklun cəsədini qoruyur" adlı heykəl. Rus Muzeyinin kolleksiyasından, Sankt-Peterburq

Troya müharibəsi thumb|Axillesin cəsədi uğrunda döyüş. Sol tərəfdə Ayaks Qlavka qalib gəlir. E.ə. 540–530-cu illərə aid qədim yunan güldanı (hazırda itirilmiş vəziyyətdədir) üzərində şəkil. Troya divarları altında Ayaks şücaəti ilə ancaq Axillesdən geri qaldı. Onun boyu nəhəng, özü vahiməli və qüdrətli, silahı isə mis ilə örtülmüş yekə yeddi dəri qatlı qalxan idi.Homer. Песнь седьмая // Илиада = Ιλιάς / Пер. Н. И. Гнедича. Строки 206–223 Mikena sivilizasiyasının dövrünə xas olan bu qalxan əsasında müasir tədqiqatçılar Ayaksı "İliada"nın ən qədim personajlarına aid edirlər, çünki bu növ qoruyucu silahın istifadəsi e.ə. hələ 13-cü əsrdə dayandırılmışdır. O, yalnız piyada əsgər kimi peydə olur, dəstə başında yox yalnız döyüşür. Tarix elmləri doktoru Lev Kleynin sözlərinə görə, Homerin eposunda Ayaks rus bılina qəhrəmanlarının obrazına bənzəyir. Homer onu müharibə tanrısı Ares ilə müqayisə edirHomer. Песнь седьмая // Илиада = Ιλιάς / Пер. Н. И. Гнедича. Строки 208 və yunanlar içərisində ən güclüsü adlandırırHomer. Песнь одиннадцатая // Илиада = Ιλιάς / Пер. Н. И. Гнедича. Строки 543. Əsas Troya qəhrəmanı Hektor ilə döyüş zamanı o, düşməninin qalxanını iki yerə bölən və onun dizini yaralayan nəhəng daş atır, lakin Apollon onu xilas edir.Homer. Песнь седьмая // Илиада = Ιλιάς / Пер. Н. И. Гнедича. Строки 268–271 Qəhrəmanlar döyüşdə bir daha üz-üzə gəlirlər və bu dəfə də Hektor Ayaksın atdığı daşdan yaralanır. Troya döyüşçüləri şahzadənin köməyinə özlərini çatdırırlar.Homer. Песнь четырнадцатая // Илиада = Ιλιάς / Пер. Н. И. Гнедича. Строки 403–434 Ümumilikdə, Hektor və Ayaks "İliada"da bir-biri ilə 8 dəfə qarşı-qarşıya gəlirlər. İki qəhrəmanın ümumi döyüş görüşlərinin heç birində Hektor qalib gəlmir, iki dəfə isə döyüş Troya qəhrəmanının aşkar uğursuzluğu ilə bitir və onu gah Appolon, gah Troya qoşunu xilas edir. Döyüşlərdən birində düşmənlər hədiyyələr mübadiləsi apararaq dağılışırlar. Ayaks Troya şahzadəsinə kəmər, ondan isə qılınc alır. "İliada"da hədiyyələr mübadiləsi haqqında məlumat olmadığından, söhbət sonrakı miflərdən gedir. Onların əlavə olunmasının əsas səbəbi düşmən sövqatlarından gələn bədbəxtlikləri göstərmək idi. Ayaks məşhur qala qalxanı ilə meydana çıxanda troyalılar qorxub qaçmışdılar.Homer. Песнь одиннадцатая // Илиада = Ιλιάς / Пер. Н. И. Гнедича. Строки 485–486 Ayaksın döyüşdə iştirakı "İliada"da bu cür təsvir olunub:Homer. On birinci nəğmə // İliada = Ιλιάς / Tərcümə Mikayıl Rzaquluzadə. 485–486 sətirləri Gəmilər uğrunda döyüşdə Odissey düşmənləri tərəfindən mühasirəyə alındığı və yaralandığı zaman, onu ölümdən Menalayla Ayaks qutardılar.Homer. Песнь одиннадцатая // Илиада = Ιλιάς / Пер. Н. И. Гнедича. Строки 464–488 Patroklın ölümündən sonra Ayaks onun bədənini qorumağa başladıHomer. Песнь семнадцатая // Илиада = Ιλιάς / Пер. Н. И. Гнедича. Строки 132–137, sonra isə Kiçik Ayaks ilə birlikdə troyalıların hücumlarını dəf edərək cəsədin döyüş bölgəsindən uzaqlaşdırmasında yunanlara köməklik edirHomer. Песнь семнадцатая // Илиада = Ιλιάς / Пер. Н. И. Гнедича. Строки 715–734. Gəmilər uğrunda döyüşdə baş komandan vəzifəsini yerinə yetirir və yunanları düşərgələrini troyalılar tərəfindən məhv olunmasına imkan verməməyə ilhamlandırırHomer. Песнь пятнадцатая // Илиада = Ιλιάς / Пер. Н. И. Гнедича. Строки 500–514, döyüş zamanı isə şəxsən özü on iki əsgəri öldürür.Homer. Песнь пятнадцатая // Илиада = Ιλιάς / Пер. Н. И. Гнедича. Строки 726–745

Ölümü left|thumb|168x168px|"Ayaks və Odissey arasında mübahisə". Leonard Brammer. 1625–1630-cu illər. Prinsenhof, Niderland thumb|255x255px|Nikola Pussenin "Flora aləmi" adlı rəsm əsərinin fraqmenti. Burada Ayaksın intiharı təsvir olunub. 1631-ci il. Drezden qalereyası Troya divarları altında gedən döyüşlərin birində Axilles qətlə yetirildi. Onun cəsədi üstündə dava başladı. Ayaks Qlavkı öldürmüş və Odissey troyalıların hücümunu dəf edərkən o, ölmüş qəhrəmanın cəsədini döyüş meydanından çıxartdı. Onun şərəfinə keçirilən dəfn oyunlarında Ayaks disk atmaq üzrə qalib gəldi.