Yelena Nura "Gigi" Hadid (; ) fələstin-holland əsilli amerikalı model və aktrisa. Hadid müsəlmandır. Dünyanın ən yüksək ödənişli modellərindən biridir. O, 2015 Pirelli təqvimi ilə məşhurlaşan Victoria's Secret modeli Tom Fordun bir neçə sətirinin simasıdır. 2016-cı ildə İngilis Moda Şurası tərəfindən İlin Beynəlxalq Modeli seçildi. Dörd il ərzində Hadid beynəlxalq "Vogue" jurnalının qapaqlarında çıxış etmişdir.

Həyatı Hadid, 1995-ci il aprelin 23-də Los-Anceles şəhərində anadan olmuşdur. Fələstinli Mohamed Hadid və holland əsilli amerikalı köhnə model Yolanda Hadidin qızıdır. Giginin daha kiçik bir bacısı Bella və kiçik bir qardaşı Ənvər var. Giginin ata tərəfindən iki ögey böyük bacısı (Mariyelle ve Alana) var. 2000-ci ildə Giginin valideynləri boşandı və anası Grammy mükafatının qalibi musiqi istehsalçısı David Foster ilə evləndi. Gigi, voleybol komandasının kapitanı olduğu Malibu Liseyini bitirdi Məktəbdən sonra Hadid təhsilini davam etdirmək və modellik karyerası qurmaq üçün Nyu-Yorka köçdü. 2013-cü ildə Yeni Məktəbdə oxdudu.

Karyerası 300px|left|thumb|Gigi Hadid 2015-ci ildə amFAR Qala-da Gigi hələ iki yaşında olanda məşhur Guess şirkətinin "Baby Guess" reklamında yer aldı və beləcə mankenlik karyerasına başladı. Kiçik yaşlarında Guess-də fotomoelliyə başlayan Gigi bir neçə il karyerasına fasilə verdi. 2011-ci ildə modelliyə geri qayıdaraq IMG Models agentliyi ilə işləməyə başladı. 2012-ci ildə yenidən Guess markasının baş səhifəsində yer aldı. 2014-cü ilin fevralında Nyu-York Moda Həftəsində Desigual markasının geyimləri ilə ilk dəfə podiuma çıxdı. 2014-cü ilin iyulunda Tom Ford markasının çəkilişlərində olan Hadid 2015-ci ildə Pirelli təqvimində çəkildi. 2015-ci ilin yanvarında Maybelline markasının elçisi oldu. Hadid VMAN, Elle, Grazia, Cleo, Vogue, Sports, Illustrated, Paper magazine və Schön! Magazine kimi jurnallarda yer aldı.https://web.archive.org/web/20150805182834/http://www.glammonitor.com/2014/gigi-hadid-opens-eyes-1246/

Şəxsi həyatı Hadid avstraliyalı müğənni Kodi Simpson ilə münasibətdə olmuşdur. Cütlük 2014-cü ilin mayında ayrılmışdır. 2014-cü ilin noyabrında təkrar münasibətdə olublar, amma 2015-ci ilin mayında yenidən ayrılmışdılar.

Filmoqrafiya

Film İlOrijinal adı2012Virgin Eyes2012Real Housewives of Beverly Hills2015Those Wrecked by Success2018Ocean's 8

Musiqi videoları İlAdı2014"Surfboard"Cody Simpson2015"Simplethings"Miguel2015"Bad Blood"Taylor Swift2015"Flower"Cody Simpson2016"How Deep Is Your Love"Kelvin Herris2016"Pillowtalk"Zeyn Malik

Mükafatlar və namizədliklər İlMükafatKateqoriyaNəticə2015First Annual Fashion Los Angeles Awardsİlin modeliQazandıTeen Choice AwardsModel seçimiNamizəd2016TRL AwardsBest LookQazandıTeen Choice AwardsChoice Female HottieNamizədBritish Fashion Awardsİlin beynəlxalq modeliQazandı2017Third Annual Fashion Los Angeles AwardsBest Design DebutQazandıTeen Choice AwardsChoice ModelNamizəd

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ fotomodelləri Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:XXI əsr ABŞ qadınları