Naxçıvan Muxtar Respublikası tarixi — Naxçıvan Muxtar Respublikası ərazisinin tarixi.
Tunc dövrü
Qəbir abidələri Tunc dövrünün dəfn adətini incəliklərinə qədər öyrənməyə imkan verən qəbir abidəsi aşkar etmək çətindir. Bu arxeoloq üçün böyük bir kəşfə bərabərdir. Naxçıvan MR Ordubad rayonu ərazisində, Gilan çayın sol sahilində eyni adlı dağın yamacında yerləşən İkinci Plovdağ nekropolunda tədqiq olunmuş 6 və 18 saylı kurqanlar məhz belə unikal qəbir abidələridir.Раскопки некрополя Пловдаг II. Эдубба вечна и постоянна. Материалы конференции, посвященная 90-летию со дня рождения И.М.Дьяконова. Санкт-Петербург, 2005, с. 86–93
6 saylı qəbir left|thumb|6 saylı qəbir (tunc dövrü) 6 saylı qəbirin qazıntısı S. Qaşqay və İ. Medvedskaya tərəfindən aparılmışdır. 6 saylı qəbir diametri 6,1 m olan kromlexin mərkəzində yerləşir. Qəbir kamerasının uzunluğu 130 sm, eni 80 sm, dərinliyi isə 75 sm-dir. Üzəri çəkisi 400–450 kq olan irihəcmli sal daşlarla örtülmüşdü. Qəbirdən qucağında 4–5 yaşlarında uşağı ilə birlikdə dəfn olunmuş, yarım bükülü vəziyyətdə, sol yanı üstə, başı şərq istiqamətində ana skeleti aşkar olundu. Skeletin yanında qara rəngli, üzəri cızma naxışlı bir ədəd qab, üzərində tunc sancaqlarla və piləklərlə bəzədilmiş geyimin qalıqları, başında qabaq tərəfi ziqzaq formasında iri əqiq və pasta muncuqlarla bəzədilmiş, alnında rombvari naxışları olan alınlığa birləşən şiş papaq, içərisində 13 ədəd dəvəgözü və çaxmaq daşlarından hazırlanmış ox ucluğu aşkar edilmiş ox qabının – sadakın qalıqları, tuncdan medalyon, spiralvari asma bəzəklər aşkar olundu. Kurqanın quruluşuna və qəbirin avadanlığına görə qadın qəbilənin yuxarı təbəqəsinə məxsus olmuşdu.
18 saylı qəbir thumb|18 saylı qəbir (tunc dövrü) thumb|18 saylı qəbir (tunc dövrü)|left 18 saylı qəbrin qazıntısı B. İbrahimli tərəfindən aparılmışdır. 18 saylı qəbir II Plovdağ nekropolunun mərkəzi hissəsində zirvəyə yaxın yerləşmişdir.İkinci Plovdağ nekropolunun 18 N-li kurqanı haqqında //Azərbaycan Arxeologiyası və Etnoqrafiyası. Bakı, 2011, № 2, s. 43–52 Kromlexi bir neçə qatdan ibarət olmuşdur. Üst qat 15–20 sm qalınlığında (çox ehtimal ki. bu qat daha qalın olmuş zaman-zaman yağış və qar sularının təsirindən yuyulub getmişdir), ikinci qat 20–25 sm qalınlığında kisik həcmli daşlardan, üçüncü – qəbrin örtük daşları üzərində yerləşən qat isə nisbətən irihəcmli (çəkisi 5–8 kq olan) daşlardan qurulmuşdur. Qəbrin üstü irihəcmli sal daşlarla örtülmüş, qapısı da irihəcmli sal daşlarla qapanmışdır. Bunlardan başqa bir ədəd baş daşı da qoyulmuşdur ki, o da örtük daşlarından 23–25 sm hündürdədir. Qəbrin örtük daşları şimal tərəfdə yarımdairə, cənub tərəfdə isə düz qoyulmuşdur. Kamerası təmizlənərkən sağ yanı üstə, yarımbükülü vəziyyətdə başı şərq istiqamətində qoyulmuş, orta yaşlı kişiyə məxsus skelet aşkar olundu. Skeletin kəlləsi qarşısında dağ keçisi skeleti, bir ədəd tünd qırmızı, bir ədəd də tünd qara rəngli gil qablar, dəstəyi şəbəkəli olan tökmə tunc xəncər, tuncdan toppuz başı, bir ədəd ayaqbənd, içərisində dəvəgözü və çaxmaq daşından hazırlanmış on ədəd ox olan sadak, boynunda iki düzüm boyunbağı və altıbucaqlı asma bəzək, qulaqlarında hər biri 32 ədəd pasta və bir balıqqulağından ibarət sırğalar aşkar olundu. Bütün əlamətlər dəfn olunan şəxsin qəbilə başçışı və eyni zamanda kahin olduğunu göstərir. 18 saylı qəbrin sağ tərəfində bir qurbangah, şimal tərəfində isə ona bitişik iki uşaq qəbri işlənmişdir. Qurbangahda aşkar olunan qabların vəziyyəti onun ən azından öz zamanında iki dəfə açıldığını və oraya gil qablarda ərzaq qoyulduğunu göstərir. Ehtimal ki, bu mərhumun ölümündən bir il sonra, il mərasimində baş vermişdir. Plovdağ nekropolunun bu qəbirləri Naxçıvanın son tunc dövrünün ən unikal və parlaq qəbir abidələridir.
Son Tunc Dövrü
Qazma, Kilit mağara düşərgələri, neolit, eneolit, tunc dövrü abidələri Naxçıvan torpağının daş dövründən məskunlaşdığını, burada daima intensiv həyatın davam etdiyini sübut edir. XIX əsrin sonlarından tədqiqinə başlanan Naxçıvan abidələri, təkcə Azərbaycan tarixinin deyil bütün Cənubi Qafqaz ölkələrinin qədim tarixinin tədqiqinə mühüm töhfələr vermişdir. Təsadüfi deyil ki, I Kültəpə hələ də ilk tunc dövrünün öyrənilməsində etalon abidə olaraq qalırАбибуллаев О.А. Энеолит и бронза на территории Нахичеванской АССР. Баку, Элм, 1982. Ovçular təpəsi, II Kültəpə, Plovdağ nekropolları və yaşayış yeri lokal mədəni xüsusiyyətlərə malik abidələrdir. Müstəqillik illərində Naxçıvan tarixinin və mədəniyyətinin öyrənilməsi sahəsində xeyli iş görülsə də, Naxçıvan tədqiqatçıları qarşısında hələ çoxlu mühüm vəzifələr durmaqdadır. Naxçıvanın qədim tarixinin hər bir mərhələsi ətraflı tədqiq olunmalı və elmi dövriyyəyə çıxarılmalıdır.
E.ə. II minilliyin ikinci yarısı Naxçıvan tarixində mühüm mərhələlərdən biridir. Sinifli cəmiyyətin inkişafı, Arazboyu tayfaları birləşdirən bütün atributlara malik dövlətin yaranması sosial dəyişikliklərə, təsərrüfatın, sənətkarlığın, mədəniyyətin və ticarətin inkişafına güclü təsir etmişdi. (Yazılı mənbələrdə bu dövlətin adı keçməsə də, arxeoloji faktlar onun mövcudluğunu sübut edir.) Həm Gəmiqaya təsvirləri, həm də keramika üzərindəki təsvirlər yarımköçəri (yaylaq-qışlaq təsərrüfatı) maldarlığın inkişaf etdiyi bu dövrdə arabadan geniş istifadə olunduğunu təsdiq edir. Yaylaq təsərrüfatında xırda buynuzlu heyvandarlıq ön plana keçmiş, bu da xalçaçılığın inkişafına təkan vermişdi. Heç şübhəsiz ki, bu dövrdə Naxçıvanın tayfalar arası mübadiləyə çıxardığı məhsullar içərisində yundan toxunmuş xalçalar, parçalar, keçə və digər məmulatlar əsas yer tuturdu. II Plovdağ nekropolunda, e.ə. XV–XIII əsrlərə aid 18 saylı kurqanda aşkar edilmiş toxunma parça izləri, eyni adlı abidənin yaşayış yerində tapılmış toxuculuğa aid külli miqdarda daş və keramikadan hazırlanmış alətlərbunu bir daha sübut edir.Алиев В.Г. Культура эпохи средней бронзы Азербайджана. Баку, Элм, 1991, c. 39–46
Naxçıvanın qala şəhərləri
Oğlanqala E.ə II minilliyin sonlarında Naxçıvan tayfalarının həyatında baş verən dəyişikliklərdən biri də onların siyasi birlik yaradaraq xarici təcavüzə qarşı müvəffəqiyyətlə mübarizə apara bilməsidir. Naxçıvanın bu dövr memarlığı siklopik tikililərlə, mükəmməl müdafiə sisteminə malik qala şəhərlərin yaranması ilə tanınır. Belə qala şəhərlərdən ən məşhuru Oğlan qaladır. 1936-cı ildə Ə. K. Ələkbərov tərəfindən qeydə alınan, Cənubi Qafqazın ən möhtəşəm siklopik tikilisi olan Oğlanqalanın ərazisi 40 hektara yaxındır.Алекперов А.К. Исследования по археологии и этнографии Азербайджана. Баку, 1960, с. 41, 57
Sumbatan dizə Naxçıvanın ikinci qala şəhəri, ərazisi 50 hektardan artıq olan Sumbatan dizədir. 2008–2012-ci illərdə Xaraba Gilan arxeoloji ekspedisiyasının tədqiq etdiyiİbrahimli B., Qədirzadə Q. Sumbatanda yeni tapıntılar. AAT, 2009, s. 138–142; İbrahimli B., Qədirzadə Q. Sumbatan-dizə yaşayış yerində arxeoloji tədqiqatlar. AAT, 2010, s. 135–142; İbrahimli B., Xəlilov T., Qədirzadə H. Q., Əhmədova L. N. Sumbatan-dizə yaşayış yerində arxeoloji tədqiqatlar. AAT, 2011, s. 175–179; İsmayılzadə Q. S., İbrahimli B. İ., Xəlilov T. F. Rəsul dərəsində arxeoloji qazıntılar. AAT, 2012, s. 176–179., üçqat müdafiə divarları ilə əhatə olunmuş beş yaşayış məhəlləsi olan bu qədim şəhər eyni adlı dağın üzərində yerləşir. Sumbatan dağı üzərində ilk tunc dövrünə aid mədəni təbəqə aşkar olunsa da arxeoloji tapıntılar şəhərin e.ə. XII əsrdə yarandığını, e.ə. IX əsrdən e.ə. VI əsrin ortalarına qədər sürətlə inkişaf etdiyini deməyə əsas verir.
Yeni qəbir tipləri E.ə. II minilliyin ikinci yarısında baş verən dəyişikliklərdən biri də nekropollarda yeni qəbir tiplərinin yaranmasıdır. Bu qəbirlər təkcə tipinə görə deyil, həm də nekropolun ərazisində tutduğu mövqeyə görə də fərqlənirlər. Bir qayda olaraq bu qəbirlər nekropolların şimal tərəfində, əsas qəbirlərdən bir qədər aralı yerləşirlər. Belə qəbirlərə Plovdağın ikinci və üçüncü nekropollarında rast gəlinmişdir.İbrahimli B., Qədirzadə H. Q., Əliyev Q. Ə., Xəlilov T. F., Əhmədova L. N. Üçüncü Plovdağ nekropolunda aparılmış arxeoloji qazıntılar. AAT, 2013–2014, s.153–159 Bu qəbirlərin torpaq və daş qutu qəbirlərdən bir neçə fərqi vardır: Onlar nekropolun şimal tərəfində əsas qəbirlərdən bir qədər aralıda yerləşirlər; Spesefik quruluşa malikdirlər; Avadanlığına görə olduqca zəngindirlər; Çoxdəfnli qəbirlərdir. Sabit dəfn istiqaməti yoxdur; Silindrik möhürlər yalnız bu qəbirlərdən aşkar olunur. İndiyədək Plovdağ nekropollarında 20-dən artıq belə plitəli qəbir aşkar olunmuşdur ki, onların da hamısı toxunulmuş vəziyyətdə idi, lakin buna baxmayaraq bu qəbirlərin hamısında zəngin avadanlıq əldə olunmuşdur. Dağıdılan zaman bu qəbirlərdən nələrin götürüldüyünü müəyyən etmək mümkün deyil, ehtimal ki, bunlar qiymətli bəzək əşyaları və silah olmuşdur. Belə ki, tədqiq olunmuş qəbirlərin heç birindən silah aşkar olunmamışdır. Plitəli qəbirlərin eyni quruluşa, hamısının zəngin avadanlığa malik olması onların yuxarı təbəqəyə məxsus insanlara məxsus olduğunu ehtimal etməyə əsas verir. E.ə. I minilliyin əvvəllərində bu qəbirlərlə kurqan tipli qəbirlərin əsasında sinkretik Muncuqlu təpə sərdabələrinin yaranması da bunu deməyə əsas verir. Qeyd edək ki, Muncuqlu təpə yuxarı təbəqəyə məxsus ayrıca nekropoldur. Keramika kompleksləri, ilan başlı bilərziklər bu qəbirlərin VII əsrdə burada məskən salmış iskitlərə aid olduğunu ehtimal etməyə əsas verir.
Beləliklə, e.ə. II minilliyin sonundan başlayaraq Naxçıvan tayfalarının təsərrüfat həyatında, sənətkarlığında, siyasi həyatında iqtisadi və mədəni əlaqələrində əsaslı dönüş dövrü olmuşdur. Bu dönüşü xarakterizə edən ilk növbədə güclü müdafiə sisteminə malik şəhərlərin yaranması, sənətkarlığın intensiv inkişafı, xüsusi mülkiyyətin və hüquqi orqanların varlığını sübut edən silindrik möhürlərin çoxlu sayda tapılması və yeni qəbir tipləri ilə müşayiət olunan radikal konfessional dəyişikliklərin baş verməsidir.
I–VIII əsrlər Eyni adlı paytaxt şəhəri olan Naxçıvan bölgəsinə bütün dövrlərdə Arazın orta axarı torpaqlarının siyasi-iqtisadi və mədəni mərkəzi kimi baxılmayıb. Bir çox tarixçilərin də qeyd etdiyi kimi, Yaxın və Orta Şərq şəhərlərini birləşdirən tranzit yolların kəsişməsində yerləşən Naxçıvan tez-tez işğala və dağıntıya məruz qalsa da qısa müddətdə bərpa olunub və inkişaf edib. Nə Roma-Parfiya, nə Sasani-Bizans, nə ərəb-Bizans müharibələri, nə monqolların, nə də Topal Teymurun dağıdıcı hücumları Naxçıvanı tarixin səhnəsindən silə bilmədi. Hər işğaldan və hər dağıntıdan sonra özünü toparlayıb, daha da inkişaf etdi.Ибрагимов Б.И. Средневековый город Киран. Баку-Москва: 2000, c. 138
Sasanilər dövründə Eramızın IV əsrində sasani qoşunlarının ordugahına çevrilən Naxçıvan torpağı dağıntıya məruz qalmış, əhalisi sürgün olunmuşdu. Sasani hökmdarı II Şapurun (345–367-ci illər) qoşunlarına güclü müqavimət göstərən Naxçıvan əhalisinin bir çoxu qılıncdan keçirilmiş, 18 min ailə isə sürgün olunmuşdu. Naxçıvandan Təbrizə qədər şəhər və kəndlərin demək olar ki, hamısı dağıdılmışdı. İşğal və dağıntıdan sonra Naxçıvan bir qədər dirçəlmiş, hətta bir müddət sasani hakiminin (mərzbanın) iqamətgahına çevrilmişdi. Sasani hökmdarları Naxçıvanın strateji əhəmiyyətini nəzərə alaraq şəhərin möhkəmləndirilməsinə diqqəti artırmış bölgənin inzibati-siyasi və iqtisadi mərkəzinə çevirmişdilər. Bunu VI əsrin ortalarından VII əsrin əvvəllərinə qədər Naxçıvanda sasani zərbxanasının mövcud olması da sübut edir.
Arazın orta axarındakı tayfalar