thumb|Transleytaniya (macar tacı torpaqları) göy rənglə göstərilib Transleytaniya ( sözündən gəlir, mənaca "Layta çayının arxasında torpaq" deməkdir) — ikili Avstriya-Macarıstan İmperiyasının tərkibindəki Macarıstan tacı torpaqlarının adı. 1867-ci ildə razılaşma nəticəsində yarandı və 1918-ci ildə Avstriya-Macarıstan dövlətinin dağılmasına qədər mövcud idi.
Adı "Transleytaniya" latın adı Layta çayının şərq tərəfində (Avstriya tərəfindən baxsaq hərfi mənası "o tayında" olar) yerləşən torpaqlar deməkdir, hansılar ki Avstriya tacının torpaqları Sisleytaniyadan əks istiqamətdə yerləşirdi.
Tərkibi Sıraİnzibati vahidin adıSahə (km²)Əhalisi (1910-cu il)Əhali sıxlığı (nəf./km²)1Macarıstan krallığı240 32915 642 57965,02Xorvatiya və Slavoniya krallığı42 5412 621 95462,6Cəmi282 87018 264 53364,5
İnzibati bölgüsü Transleytaniya komitatlar (vármegye) və bölgə hüquqlu şəhərlərə (törvényhatósági jogú város) bölünürdü, komitatlar şəhərlərə (város) və bələdiyyələrə (község) bölünür.
Komitatın nümayəndəlik orqanı komitat məclisi (vármegyei közgyűlés) əhali tərəfindən seçilirdi. Bölgənin icra orqanı qubernator (alispán) komitat məclisi ilə seçilirdi. Mərkəzi hakimiyyəti daxili işlər nazirinin təklifi ilə monarx tərəfindən təyin edilmiş Macarıstan kralı nümayəndələri (főispán) təmsil edirdilər. Bələdiyyə və ya şəhərin nümayəndəlik orqanı bələdiyyə məclisi (községi képviselők) (şəhərlərdə şəhər məclisi (városi képviselők) adlanırdı) əhali tərəfindən seçilirdi. Bələdiyyənin icra orqanı mer (polgármester) bələdiyyə məclisi tərəfindən seçilirdi.
Dövlət quruluşu Dövlət başçısı Avstriya imperatoru olan kral idi. İcra orqanı Nazirlər Şurası kralın təyin etdiyi və ona cavabdeh olan baş nazir və nazirlərdən ibarət idi.
Qanunverici orqan dövlət məclisi (Országgyűlés) idi ki, o, iki palatadan, Perlər Palatası (Főrendiház) (oraya titullu zadəganlar daxil idilər) və əhali tərəfindən seçilən Deputatlar Palatasından (Képviselőház) ibarət idi. Kateqoriya:1867-ci ildə yarananlar Kateqoriya:1918-ci ildə ləğv olunanlar Kateqoriya:Avstriya-Macarıstan tarixi Kateqoriya:XX əsrdə Macarıstan