thumb|Roma əyaləti İllirik 10-cu əsrdən öncə left|thumb|178x178px|Balkanlarda Roma əyalətləri İllirik () — İlliriyanın yerində qurulan Roma Respublikasının əyaləti. Onun ərazisi müasir Albaniyadakı Drin çayından Xorvatiyanın şimalındakı İstriya və Bosniya və Herseqovinadakı Sava çayına qədər uzanırdı. Əyalətin mərkəzi Xorvatiyanın müasir Split şəhəri yaxınlığında yerləşən Solin () şəhəri idi.

İlliriya e.ə. 168-ci ildə romalılar İlliriya padşahı Gentinin ordusunu məğlub edəndən sonra dağıldı. E.ə. 167-ci ildən İlliriyanın cənub hissəsi Romanın protektoratı altında formal olaraq müstəqil dövlət oldu.

Bu bölgə Roma üçün böyük strateji və iqtisadi əhəmiyyət daşıyırdı. İlliriya sahillərində bir neçə böyük ticarət limanı yerləşirdi və ərazilərində qızıl hasil olunurdu. Eqnati yolu İlliriyada başlayırdı, hansı ki Adriatik sahilindən Dirarxiyi (indiki Dürres) Mərmərə dənizinin sahilindəki Bizans ilə birləşdirirdi.

E.ə. 59-cu ildə Vatininin qanuna görə, illiriya Roma əyaləti İllirikə çevrildi və Sizalpin Qalliyası ilə birlikdə prokonsul olan Sezara verildi.

Roma dövləti eramızdan əvvəl 12—9-cu əsrlərdə Pannoniya müharibəsi () kimi tanınan bir sıra hərbi kampaniyalarda genişləndikcə İllirik əyaləti genişlənirdi. 10-cu ildə, Böyük üsyandan sonra () İllirik əyaləti iki hissəyə bölündü: şimalda Pannoniya və cənubda Dalmatsia yarandı. "İllirik" sözü bu bölgənin adı kimi istifadə edilməyə davam etdi və daha sonra bu ad imperator Diokletian özünün yaratdığı İlliriya pretoriya prefekturasına da bu adı tətbiq etməyə başladı, buraya Pannoniya, Norik, Krit və Frakiyadan başqa bütöv Balkan yarımadası daxil idi.

Bu bölgənin yerli sakinləri tez-tez orduda görkəmli vəzifə sahibi idilər. II Klavdi, Avrelian, I Konstantin və Diokletian kimi Roma imperatorları və I Anastasi və I Yustinian kimi Bizans imperatorları buralı idilər.

Ədəbiyyat Marjeta Šašel Kos. ''Appian and Illyricum''. Situla 43. (National Museum of Slovenia Ljubljana, 2005) Danijel Dzino. ''Illyricum in Roman Politics, 229BC-AD68'' (Cambridge University Press, 2010) 242 pages

Kateqoriya:Roma Respublikasının əyalətləri Kateqoriya:İlliriya Kateqoriya:Roma dövründə Serbiya Kateqoriya:Roma imperiyasının əyalətləri Kateqoriya:İllirik (Roma əyaləti) Kateqoriya:Dalmatiya tarixi Kateqoriya:I əsrdə ləğv olunanlar