61 FK — İngiltərənin Bedfordşir vilayətinin Luton şəhərinin ikiqat futbol çempionu olan futbol klubudur. Klub Bedfordşir Futbol Assosiasiyasına bağlıdır. Hal-hazırda Spartan Liqasının üzvüdür.
Tarixi "61" futbol klubu 1961-ci ildə qurulduğu üçün futbol klubu da 61 olaraq adlandırılıb. 1972-ci ildə Cənub Liqasında oyuna başlayan 61 futbol klubu bir il sonra Hellenik Liqaya köçürüldü. Yenə Cənub Liqasına qayıdan klub liqanın 1980–1981 futbol mövsümünün Çempionu oldu. 1983-cü ildə komanda İngiltərə Premyer Liqasına qədər yüksəldi. 2004-cü ildə İkinci Liqaya köçürüldülər. Burada da öz məharətini göstərən klub 2008-ci ildə Spartan Liqasına gəldi və həmin il ikinci dəfə çempion oldu. Beləcə, 61 FK İkiqat Futbol Çempionluğuna yüksəldi.
Uğurları +Liqa və MövsümDərəcəCənub Liqası 1980–81 mövsümüÇempionCənub Liqası 1982–83 mövsümü2-ciSpartan Liqası 2008–09 mövsümüÇempion
Heyəti
Qapıçılar: Rob Beth, Mark Blouer
Müdafiəçilər: Kris Hazell, Lorens Mepp, Arron Lyevis, Ştiofan Emari, Pavel Pişçek, Şeyn Harnett, Cimmi Dyuquyd, Liam Ayrons.
Yarımmüdafiəçilər: Bredli Korrinqton (KLUB KAPİTANI), Aydan Dauson, Məşəd-ül-Kəbir, Nathan Henri, Metyu Konvey, Kristofer Mepp.
Klub evi Luton şəhərində, Kinqsvey küçəsində yerləşir. Kiçikdir, lakin, işləkdir.
Xarici keçidlər Klub səhifəsi Futbol Tarixi Bazasında Rəsmi sayt Kateqoriya:İngiltərə futbol klubları Kateqoriya:Bedfordşir futbol klubları Kateqoriya:1961-ci ildə yarananlar