Kayes (Bambara: ߞߊߦߌ ߘߌߣߋߖߊ təl. Kayi Dineya) — Malinin inzibati bölgüsünə daxil olan səkkiz bölgədən biri. Malinin birinci inzibati ərazisidir və 120 760 kv. kilometr ərazini əhatə edir. Paytaxtı Kayes şəhəridir. Bölgə tarixən Qana imperiyası və Mali imperiyasının tərkibində olmuşdur.
Coğrafiya Kayes bölgəsi şimaldan Mavritaniya, qərbdən Seneqal, cənubdan Qvineya və şərqdən Kulikoro bölgəsi ilə həmsərhəddir. 2009-cu ildə bölgənin əhalisi 1 996 812 nəfər olmuşdur. Ərazidə yaşayan etnik qruplara Soninkelər, Xasonkelər, Mandinkalar, Dialonkelər və Fulalar ( , ) daxildir.
Bölgədə Felu şəlaləsi (Kayesdən 15 km məsafədə), Quina şəlaləsi (Kayesdən 60 km cənub-şərqdə), Talari dərələri, Maqui gölü və Doro gölü yerləşir.
Bölgənin Qvineya sərhəddində iqlim olduqca rütubətli olsa da, şimala doğru irəlilədikcə Sudan və daha sonra Sahel iqlimi ilə əvəz olunur.
Dairələr Kayes bölgəsi inzibati cəhətdən 7 dairəyə bölünür:. Dairənin adıSahə (km2)Əhali (1998)Əhali (2009)Kayes22 190327 891513 362Bafulabe20 220168 731233 926Kenieba12 883144 971194 153Kita35 250303 647434 379Diyema12 440141 905212 062Nioro11 060165 708230 488Yeliman5 700121 463178 442
Həmçinin bax Mali dairələri Mali bölgələri
İstinadlar
Kateqoriya:Mali bölgələri