Vladimir Vladimiroviç Otradinski (; ) — Azərbaycan-sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1956).
Həyatı Vladimir Otradinski -cü ildə Tiflisdə anadan olmuşdur. 1925-ci ildə Tiflisdəki teatr studiyasını bitirmişdir. Elə həmin ildən peşəkar səhnə fəaliyyətinə başlamışdır. Maqnitoqorsk və Sverdlovskdakı teatrlarda işləmişdir. 1934-cü ildə Azərbaycan Dövlət Rus Dram Teatrının truppasına daxil olmuşdur.
Müxtəlif xarakterli rolların ifaçısı olan Otradinskinin yaradıcılıq fəaliyyətinə kəskin satirik və komik obrazlar daha yaxın olmuşdur. Aktyor 22 oktyabr 1970-ci ildə Bakıda vəfat etmişdir.
Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 2 fevral 1956 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 8 yanvar 1941 "Şərəf nişanı" ordeni — 9 iyun 1959 Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı — 24 mart 1961
İfa etdiyi əsas rollar
"Kreml saatı", Nikolay Poqodin — Zabelin "Vaqif", Səməd Vurğun — Vaqif "Nazirin xanımı", Branislav Nuşiç — Ninkoviç "Hamam", Vladimir Mayakovski — İvan İvanoviç "Bir stəkan su", Ejen Oqüst — Bolinqbrok "Qağayı", Anton Çexov — Dorn "Fiqaronun toyu", Pyer Bomarşe — Qraf Almaviva "Orfey cəhənnəmə düşür", Tenessi Vilyams — Ceyb Torrens "Afrodita adası", Aleksis Parnis — Eduard Vilson "Nikbin faciə", Vsevolod Vişnevski — Zabit "Təyinat", Aleksandr Volodin — Ata "Qanadlar", Aleksandr Korneyçuk — Fyodor Tereşenko "Məkr və məhəbbət", Fridrix Şiller — Vurm "Vassa Jeleznova", Maksim Qorki — Sergey Petroviç "Barbarlar", Maksim Qorki — Sergey Siqankov "Günəş övladları", Maksim Qorki — Pavel Protasov "Şıltaq qızın yumşalması", Vilyam Şekspir — ''Baptista
Filmoqrafiya Bakılılar (film, 1938) — menşevik Səhər (film, 1960) — polkovnik Əmək və qızılgül (film, 1962) Zəncirlənmiş adam (film, 1964)
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları