"Böyük Rusiya Ensiklopediyası", 1991-ci ilə qədər "Sovet Ensiklopediyası" — əvvələr Sovet və müasir Rusiya elmi nəşriyyatı. 1925-ci ildə SSRİ-də ensiklopediyalar nəşri üçün Kommunist Akademiyası və SSRİ Mərkəzi İcra Komitəsində təsis edilmişdir.Təsisçilər və payçılarıın siyahısı 1930-cu ilə qədər dərc edilmiş ensiklopediyaların bütün cildlərinin baş səhifələrinin arxa hissəsində göstərilir.
Hal hazırda səhmlərinin 100% Rusiya Federasiyasına məxsus olan açıq səhmdar cəmiyyəti statusuna malikdir.
Təşkilati formaların xronologiyası
1925 — "Sovet Ensiklopediyası" səhmdar cəmiyyəti olaraq quruldu və Böyük Sovet Ensiklopediyasının 1-ci nəşrini buraxmağa başladı. 1930—1935 — "Sovet Ensiklopediyası" Dövlət lüğəti və ensiklopedik nəşriyyatı. 1935—1949 — "Sovet Ensiklopediyası" Dövlət İnstitutu. 1939 — "Qranat" nəşriyyatının təşkilatla birləşməsi 1949—1959 — "Böyük Sovet Ensiklopediyası" Dövlət Elmi Nəşriyyatı. 1959—1963 — "Sovet Ensiklopediyası" Dövlət Elmi Nəşriyyatı. 1963 — Xarici və Milli Lüğətlərin Dövlət Nəşriyyat Evi və Fizmatgiz elmi və texniki lüğətlərinin redaktorları ilə birləşməsi. 1963—1991 — "Sovet Ensiklopediyası" nəşriyyatı. 1974 — lüğət nəşrləri "Russki yazık" nəşriyyatına keçir. 1991-ci ildən "Böyük Rus Ensiklopediyası" elmi nəşriyyatı.
Elektron versiyası Multimedia.ru (Autopan) studiyası ilə birlikdə “Rus Ensiklopediyalarının Qızıl Fondu” () layihəsi çərçivəsində CD disklərdə BSE-nin (3-cü nəşr) elektron versiyası təşkil edildi. Onlayn versiyaların hüquqları "Rubrikon" portalına aiddir.«Рубрикон» (частично платный)
Həmçinin bax Academia (nəşriyyat, SSRİ)
İstinadlar
Xarici keçidlər
www.greatbook.ru — rəsmi saytı Справка об издательстве «Большая Российская энциклопедия» (Rubrikon portalında). Каталог энциклопедий, словарей и справочников издательства «Большая Российская энциклопедия» (1926—1999). Проект «Золотой фонд» (российские энциклопедии на компакт-дисках). Большой энциклопедический словарь. Поволжский образовательный портал. Алексеева Е. Сергей Кравец: Российская энциклопедия — это и есть мы. // «Вечерняя Москва», 12 июня 2012.
Kateqoriya:Rusiya nəşriyyatları Kateqoriya:SSRİ nəşriyyatları Kateqoriya:Elmi ədəbiyyat nəşriyyatları Kateqoriya:"Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilən təşkilatlar