Cəbrayıl Rəşid oğlu Əhmədov () — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.

Həyatı Cəbrayıl Əhmədov 1952-ci il mayın 8-də Dəvəçi şəhərində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda və Bakı Ali Partiya Məktəbində ali təhsil alıb. Rus dilini bilir.

Cəbrayıl Əhmədov ailəlidir, 2 övladı var.

Siyasi fəaliyyəti 1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 93 nömrəli Xaçmaz-Dəvəçi dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Cəbrayıl Əhmədov I çağırış Milli Məclisin deputatı seçilmişdir. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Cəbrayıl Əhmədov Milli Məclisin Aqrar siyasət Daimi Komissiyasının və Azərbaycan—İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur. 55 saylı Beyləqan seçki dairəsi üzrə bitərəf deputat seçilmiş Novruz Quliyev 1998-ci ildə 93 saylı Xaçmaz-Dəvəçi seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü olaraq deputat seçilmiş Cəbrayıl Əhmədov partiyasından istefa vermiş və Gülnarə Qurbanova ilə birgə Azərbaycan Milli İstiqlal Partiyasına üzv olmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Dəvəçi Rayon Xalq Deputatları Sovetinin deputatları