Tindarey () — Sparta padşahı, Ledanın əri, Klitemnestra və Kastoranın atası. O, Periyer və Qorqofonanın oğludur, digər versiyaya görə, onların nəvəsidir, valdeyinləri isə Ebal və Batiya idilər. "Odisseya" əsərində adı çəkilir, "İliada"da" isə yox.
Hippokoont tərəfindən qovulmuşdur, Festinin yanına qaçmışdır və onun qızı Leda ilə evlənmişdir. Başqa rəvayətə görə, Messeniyada məskunlaşmışdır və onun övladlarından hamısı burada doğulmuşdular.Pavsani. Elladanın təsviri III 1, 4 Bəzi mənbələrdə onun Lakonikanın Pellan şəhərində yaşadığı qeyd olunur.Pavsani. Elladanın təsviri III 21, 2 Hippokoonta qalib gələn Herakl ona Lakedomona padşahlığını təhvil verdi.Psevdo Apollodor. Mifoloji kitabxana II 7, 3 Heraklidlərin sözlərinə görə, Tindarey ərazini Herakla verdi, o da öz növbəsində ölkəni Tindareyə əmanət etdi.Pavsani. Elladanın təsviri II 18, 7; İsokrat. Arxidam
Tindarey və Ledanın övladları bunlar idilər: Timandra, Klitemnestra, Filonoya və Kastor (Polidevk və Yelenanı Leda Zevsdən doğmuşdur).Psevdo Apollodor. Mifoloji kitabxana III 10, 6-7 Odisseydən məsləhət alaraq Tindarey adaxlı seçimini Yelenanın özünə həvalə etdi və o, Menelaya çələng qoydu.Gigin. Miflər 78 Tindarey atı qurban edərək nikah namizədlərini and içdirirdi, onları qurbanlıq heyvanın kəsilmiş parçaları üzərində dayanmağa məcbur edirdi. "Atın qəbir abidəsi" Sparta yaxınlığında nümayiş olunurdu.Pavsani. Elladanın təsviri III 20, 9
Bir dəfə Afroditaya qurban gətirməyi unutdi və tanrıça onun qızlarını çoxərliliyə məhkum etdi.Stesixor. Yelena, фр.223 Пейдж O, Fiyesti qovaraq Aqamemnona Mikena padşahlığını qaytardı. Sparta hakimiyyətini Menelaya təslim etdiPsevdo Apollodor. Mifoloji kitabxana Э II 15-16 və ya vəfatından sonra hakimiyyət Menelaya qaldı. Paniasidə görə, Asklepi onu həyata qaytardı.Psevdo Apollodor. Mifoloji kitabxana III 10, 3; Sekst Empirik. Alimlərə qarşı I 261 Digər mənbələrə görə, ana qətlinə görə Orestesi məhkəməyə verir və Orestes qovulur.Psevdo Apollodor. Mifoloji kitabxana Э VI 25; Гигин. Мифы 119
Onun Spartadakı Zevs Kosmet məbədində qəbir daşı var.Pavsani. Elladanın təsviri III 17, 4 Sofoklun "Tindarey", Evripidin "Orestes" və Nikomaxın "Tindarey" faciə əsərlərin qəhramanıdır.
İstinadlar
Kateqoriya:Sparta hökmdarları Kateqoriya:Lakonika mifologiyası Kateqoriya:Qədim yunan mifologiyası personajları