Qara pişik analogiyası elm və din arasındakı fərqləri və ya bəzi versiyalarda fəlsəfə və metafizika kimi digər fənlər arasındakı fərqləri açıqlayan analogiyadır. Təsvir Analogiya belə təsvir edilə bilər: Fəlsəfə qaranlıq bir otaqda qara pişik axtarmağa bənzəyir. Metafizika qaranlıq bir otaqda orada olmayan qara pişik axtarmağa bənzəyir. Teologiya qaranlıq bir otaqda olub orada olmayan qara bir pişik axtarmağa və “Tapdım!” deyə qışqırmağa bənzəyir. Elm qaranlıq bir otaqda fənərdən istifadə edərək qara pişik axtarmağa bənzəyir.

İzahat Vinsent Berri fəlsəfə ilə teologiya arasındakı fərqi bu cür izah edir: fəlsəfə elmi və açıq fikirlidir, sübutla əlaqəlidir, ancaq teologiya axtarmağa başlamadan əvvəl "son həqiqətləri tapdıq" deyir.

Mənşə Analogiyanın bir çox variasiyaları var və bunlar müxtəlif dövrlərdə müxtəlif məşhur şəxsiyyətlərə aid edilmişdir, lakin sitat ən azı 1890-cı illərdən bəri mövcuddur. Analogiyanın mütləq mənşəyi bilinmir.

Uendi Doniqer bunu fransız və ingilis atalar sözü ilə əlaqələndirir: "Qaranlıqda bütün pişiklər boz rəngdədir." Deşil Hammett "The Dain Curse" (1929) adlı əsərində "qaranlıq bir otaqda orada olmayan qara şapqa axtaran kor"dan bəhs edir.

İstinadlar

Kateqoriya:Analogiya