Bənövşəyi içki () — öskürək şərbətinin xüsusi alkoqolsuz içki və mentollu konfetlərin birləşdirilməsi ilə hazıranan rekreativ kokteyl. Kokteyl, Texasın Hyuston şəhərində meydana gəlmişdir. Hip-hop subkulturasına aid olan və ya ABŞ-nin cənubunda yaşayan insanlar arasında olduqca məşhurdur.

Kokteyl, istehlakçıya yuxu və bədənin keyləşməsi ilə müşayiət eyforik yan təsirlər göstərir. Kokteylin yaradıcısı Leyns Skott Uolker, bu qarışımın ağız hissiyatını azaltması və dadın uzun müddət ağızda qalmasını təmin etdiyini söyləmişdir. Təsirlər Bənövşəyi içki kokteyli istehlakçıya kəskin şəkildə yorğunluq və bədən keyləşməsi ilə müşayiət olunan eyforik yan təsirlər göstərir. Kokteylin yaradıcısı Leyns Skott Uolker, kokteyl dadının ağızda uzun müddət qaldığını da bildirmişdir. Los Angeles Times, repçi Lil Ueynin həddindən artıq bənövşəyi içki istifadə etməsi ilə əlaqədar olaraq xəstəxanaya yerləşdirilməsindən sonra bir məqalədə həkim və xəstəxana doktoru Corc Fallieras ilə qarışıqların zərərləri barədə danışmışdır. Fallieras, reportaj zamanı "dərmandakı kodein ağrı kəsici kimi xidmət edir və insanı boğmağa başlayır." kimi fikirlər irəli sürmüşdür.

Bu içkinin bir neçə tanınmış şəxsiyyətlərin ölümünə səbəb olduğu təsdiq edilmişdir. Tənəffüs problemləri olan şəxslərin kodein istifadəsi zamanı ölümcül reaksiya yaradan bu kokteyl bir çox narkotikdən belə olduqca təhlükəlidir. Lakin, içkinin təsirləri doza ilə əlaqəlidir və həddindən artıq dozada istifadənin tənəffüs və ya ürək dayanması ilə nəticələnməsi tədqiq edilmişdir.

İçki 275px|thumb|Kodein-prometazin şərbəti, Jolly Rancher konfeti və Sprite daxil olmaqla bənövşəyi içki hazırlamaq üçün tələb olunan maddələr. Adlar Lean, "psixoaktiv maddələrdən istifadə etməklə ayaqda durmaqda çətinlik çəkmək" mənasını verir.Richard Klemme, USE OF PROMETHAZINE WITH CODEINE SYRUP: COUGH/COLD EPIDEMIC OR SIGNIFICANT ABUSE? , Texas State Board of Pharmacy Newsletter, Volume XXV, Number 2, Spring 2001. The name "lean" refers to "abusers’ propensity of having difficulty in standing up straight." Kokteylin hazırlanmasında istifadə olunan öskürək şərbətlərinin bənövşəyi olması səbəbilə içkiyə "bənövşəyi içki" adı verilmişdir. Kokteyl adətən bənövşəyi rəngdə olur və afro-amerikan əsilli ingilis tərəfindən hazırlanmışdır.Bryan Robinson, Cough Syrup Abuse in Texas Takes Center Stage , ABC News, 17 avqust 2005 Kokteylin digər adlarına sizzurp, şərbət, drank, barre, bənövşəyi jele, wok, Texas çayı, çirkli Sprite və Tsikuni daxildir.Shaheem Reid, Lil Wayne On Syrup: 'Everybody Wants Me To Stop ... It Ain't That Easy' , MTV.com, 28 fevral 2008 Tərkibi Kokteylin hazırlanması üçün həm prometazin, həm də kodein ehtiva edən öskürək şərbəti, Sprite, Mountain Dew və ya üzümlü Fanta tələb olunur. Öskürək şərbəti və spirtsiz qazlı içki qarışdırıldıqdan sonra qarışığa daha yaxşı dad vermək üçün Jolly Rancher adlı mentollu konfetlər əlavə edilir.

Satış Purple drank kokteylinə əsaslanan bir sıra içkilər qanuni olaraq ABŞ-da satılır. 2008-ci ilin iyun ayında Texas, Hyustonda yerləşən "Innovative Beverage Group", "Drank" adlı bir içki istehsal etməyə başlamışdır. Məhsulun tərkibində kodein və ya prometazinə rast gəlinməsə də, valerian kökü, qızılgül və itburnu kimi bitki mənşəli maddələrin istifadəsilə melatonin hormonunun birləşməsiylə bənövşəyi içki kokteylinin təsirlərini tam olaraq çatdırması barədə iddialar meydana çıxmışdır.Adventures in Press Releases: The Anti-Energy Drink By Sarah DiGregorio in Edible News, 4 iyun 2008 Ticarət bazarındakı oxşar "anti-enerji" və ya sakitləşdirici içkilər "Purple Stuff", "Sippin siropu" və "Lean" adlarından istifadə edir.Boyce Watkins, Company Makes Money from Deadly Urban Trend: "Sipping Syrup" , AOL Black Voices, 29 sentyabr 2009 İstinadlar

Həmçinin bax Sprite Jolly Rancher Mountain Dew

Kateqoriya:İçkilər Kateqoriya:Afrika-Amerika mədəniyyəti Kateqoriya:Qazlı içkilər Kateqoriya:Narko-mədəniyyət