Yerusəlim Məsihin dirilmə kilsəsi, Anastasiya kilsəsi, Müqəddəs məqbərə bazilikası və ya Müqəddəs məqbərə kilsəsi (, , , ) — Yerusəlimin (Qüds) qədim şəhərinin xristian məhəlləsində kilsə. Ən azı IV əsrdən qalma bir mənbəyə görə, kilsə müqəddəs kitablara əsasən İsa Məsihin çarmıxa çəkildiyi,McMahon, Arthur L. (1913). "Holy Sepulchre ". In Herbermann, Charles (ed.). Catholic Encyclopedia. New York: Robert Appleton Company. dəfn olunduğu və sonra dirildildiyi yerdə dayanır. Məbədin ziyarətgahlarına sahib olmaq və istifadə etmək əsas hüquqları Yunan Pravoslav Yerusəlim patriarxlığına, Erməni Həvari kilsəsinin Yerusəlim patriarxlığına və katolik Fransiskan Ordeninə aiddir.
Tarixi Yerusəlimin Birinci Roma-Yəhudi müharibəsində zamanı mühasirəyə alınmasından sonra şəhər xarabazara çevrilmişdir. 130-cu ildə Roma imperatoru Adrian şəhər ərazisində Roma müstəmləkəsi olan Eliya Kapitolinanın tikilməsinə əmr verir. O, təqribən 135-ci ildə əmr verir ki, içərisində bir məqbərə olan mağaranı doldursunlar ki, Yupiter və ya Veneranın şərəfinə tikiləcək olan bir məbəd üçün təməl formalaşdırsın. Məbəd. IV əsrin əvvəllərinə kimi qalmışdır.
Böyük Konstantin 312-ci ildə səmada xaç təsviri gördükdən sonra xristianlığa keçid edir, dini rəsmiləşdirmək üçün Milan fərmanını imzalayır və anası Elenanı Yerusəlimə göndərir ki, Məsihin məqbərəsinə baxsın. Kesariya yepiskopu Yevsevi və Yerusəlim yepiskopu Makarinin köməyi ilə məqbərənin yaxınlığında üç xaç tapılır. Buna görə də romalılar düşünür ki, onlar qolqofu aşkar ediblər. Konstantin təxminən 326-cı ildə əmr verir ki, Yupiter/Venera məbədi kilsə ilə əvəz edilsin. Məbəd dağıdılandan və onun xarabalıqları daşındıqdan sonra mağarada qazıntı işləri aparılır, Makari və Elenanın İsanın dəfn yeri hesab etdiyi məqbərə aşkar edilir ki, burada da kilsə tikilir.
Müqəddəs məqbərə kilsəsi iki müqəddəs məkan üzərində ayrı tikililər kimi inşa edilir. Kilsə böyük bazilikaThe "Pilgrim of Bordeaux" reports in 333: "There, at present, by the command of the Emperor Constantine, has been built a basilica, that is to say, a church of wondrous beauty". Itinerarium Burdigalense, p. 594 və Anastasiya rotondasından ibarətdir.
Kilsə 13 sentyabr 335-ci il tarixində həsr edilir. Şərqi Pravoslav Kilsəsi hər il bunu qeyd edir.
İsrail Səhiyyə Nazirliyi 25 mart 2020-ci il tarixində "COVID-19" pandemiyasına görə məbədin ictimaiyyətə bağlanmasına qərar verir. Keşişlər nizamlı şəkildə kilsəyə gəlməyə davam edirdi. Kilsə 24 may 2020-ci il tarixində yenidən ictimaiyyətə açılır.
Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
The Holy Sepulchre in Jerusalem (article and photos) Homily of John Paul II in the Church of the Holy Sepulchre OrthodoxWiki (article) Sacred Destinations (article, interactive plan, photo gallery) Map of the Church of the Holy Sepulchre, 1715, by Nicolas de Fer. Eran Laor Cartographic Collection, National Library of Israel The Brotherhood of the Holy Sepulchre (Greek Orthodox custodians) Franciscan Custody in the Holy Land (Roman Catholic custodians) The Joudeh Family (Muslim Custodian of the keys of the Holy Sepulchre) Nuseibeh family (Muslim Holy Sepulchre Door Keepers) St. James Brotherhood (Armenian custodians) Church of the Holy Sepulchre Virtual Tour The Holy Sepulchre Virtual Tour
Kateqoriya:IV əsrə aid kilsələr Kateqoriya:XII əsrə aid kilsələr Kateqoriya:XIV əsrdə tikilmiş dini binalar Kateqoriya:Xristianlıq Kateqoriya:Günbəzli kilsə binaları Kateqoriya:Xristianlıq və ölüm Kateqoriya:İsrail türbələri