thumb|right|1933-cü ildə Ernst Ruska tərəfindən hazırlanmış elektron mikroskop Ernst Ruska ( ) – "Elektron optikası sahəsindəki fundamental tədqiqatlarına və ilk elektron mikroskopunu dizayn etməsinə görə" 1986-cı ildə Fizika üzrə Nobel mükafatı laureatı olmuş alman fizik.

Həyatı Ernst Ruska 1906-cı ildə Almaniyanın Heydelberq şəhərində anadan olub. 1925-1927-ci illərdə Münhen Texniki Universitetində təhsil alıb və sonra Berlin Texniki Universitetinə daxil oldu. O, bu universitetdə dalğa uzunluğu işığın dalğa uzunluğundan 1000 dəfə kiçik olan elektronlardan istifadə edən mikroskopların böyütmənin dalğa uzunluqlarının ölçüsü ilə məhdudlaşan işıqdan istifadə edən mikroskopdan daha ətraflı obyekt təsvirini verməyə imkan yaradacağı fikrini irəli sürdü. 1931-ci ildə, o, maqnit qıvrımın elektron linza rolunu oynaya biləcəyini nümayiş etdirdi və 1933-cü ildə ilk elektron mikroskopu qurmaq üçün seriyalarda bir neçə qıvrımlardan istifadə etdi.

1933-cü ildə doktorluq dissertasiyasını tamamladıqdan sonra əvvəlcə Berlin-Zehlendorfdakı "Fernseh AG"də, daha sonra 1937-ci ildən "Siemens-Reiniger-Werke AG"də elektron optikası sahəsində çalışmağa davam etdi. 1939-cu ildə "Siemens"də kommersiyal məqsədlə istehsal olunan ilk elektron mikroskopun hazırlanmasında iştirak etdi. "Siemens"də fəaliyyət göstərərkən elektron mikroskopiya texnologiyasını inkişaf etdirməklə yanaşı, digər elmi müəssisələrdə də işlədi və "Siemens"i ziyarətə gələn tədqiqatçılar üçün laboratoriya yaratmağı təşviq etdi.

1955-ci ildə "Siemens"dən ayrıldıqdan sonra, 1974-cü ilə qədər Fritz Haber İnstitutunun Elektron Mikroskopiya İnstitutunda direktor vəzifəsində çalışdı. Eyni zamanda, 1957-ci ildən təqaüdə çıxana qədər bu institutda və Berlin Texniki Universitetində professor vəzifəsində çalışdı.

1960-cı ildə Lasker mükafatını qazandı. 1986-cı ildə elektron optikası sahəsindəki bir çox uğurlarına görə Fizika üzrə Nobel mükafatının yarısına layiq görüldü: Herd Binniq və Henrix Rorer, "Skanlama tünel mikroskopunu dizayn etdiklərinə görə" mükafatın dörddə birini qazandılar. 1988-ci ildə Qərbi Berlində vəfat etdi.

İstinadlar

Xarici keçidlər

Nobel Prize press release Nobelprize including the Nobel Lecture, December 8, 1986 The Development of the Electron Microscope and of Electron Microscopy Website containing memorial information published by the Ruska family

Kateqoriya:Berlin Texniki Universitetinin məzunları Kateqoriya:Almaniyalı Nobel mükafatı laureatları Kateqoriya:Almaniya ixtiraçıları Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:Münxen Texniki Universitetinin məzunları Kateqoriya:Almaniya fizikləri Kateqoriya:1988-ci ildə vəfat edənlər Kateqoriya:1906-cı ildə doğulanlar Kateqoriya:"Almaniya Federativ Respublikası qarşısında xidmətlərinə görə" ordeninin komandorları Kateqoriya:XX əsrin fizikləri