Acıtma — şifahi xalq şerində, daha dəqiq desək, uşaq folklorunda deyişənlərin bir-birlərinə acıq vermək üçün söylədikləri mənzumə. Acıtma bəzən dolama da adlanır. Burada yumoristik çalarlar, məzhəkə elementləri üstünlük təşkil edir.Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, səh.383-384 Məsələn: Həsənağa Doldu yarağa. Mindi ulağa, Sürdü bağa. Bir quş vurdu, O da qurbağa. Verdi qonağa, Qonaq yemədi, Saldı yağa, Özü təllədi. Bizə vermədi. Yedi qurbağa, Düşdü yatağa. Azərbaycan uşaq folklorunda Keçələ dair acıtmalar daha çox yayılıb. Bir nümunə: Keçəlin xondu başı, Eşşəyə mindi başı, O yanda dava düşdü, Bu yanda sındı başı...
İstinadlar
Mənbə Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Kateqoriya:Şeir formaları