Hikmət Atayev () — Azərbaycan Milli Məclisinin deputatı, Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü.
Həyatı Hikmət Atayev 4 fevral 1953-cü ildə Zaqatala şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilirdi.
1977-ci ildən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında cərrah, 2002-ci ildən Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2005–2006-cı illərdə Zaqatala şəhər bələdiyyəsinin sədri olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur.
2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü olmuşdur. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Finlandiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
7 mart 2013-cü ildə Gürcüstandan Balakən istiqamətində hərəkət edərkən idarə etdiyi "VAZ-2106" markalı maşın "VAZ-21015" markalı maşınla toqquşub. Nəticədə Hikmət Atayev aldığı xəsarətdən hadisə yerindəcə vəfat etmişdir.
Evli idi və 4 övladı var.
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Yol-nəqliyyat hadisəsində ölənlər Kateqoriya:Azərbaycan bələdiyyələrinin sədrləri