Ezop dili — üstüörtülü, müəmmalı, rəmzli dil.

Tarixi Bu ifadə qədim Yunanıstanda öz fikirlərini açıq, müstəqil deyə bilmədiyi üçün məcazi təmsillər yazan frakiyalı kölə Ezopun (e.ə VI–V əsrlər) adı ilə bağlıdır. Müasir dövrdə də məcburiyyət nəticəsində fikirlərin işarələrlə, dumanlı şəkildə, üstüörtülü kinayə ilə verilməsi ezop dili adlanır.

Sovet dövrünün yazıçısı Lev Loseff qeyd edirdi ki, Ezop dili Sovet senzurası şəraitində yazıçıların, o cümlədən onun özünün, sevimli üsullarından biri olaraq qalırdı.Lev Loseff, On the Beneficence of Censorship: Aesopian Language in Modern Russian Literature, Munich: Otto Sagner, 1984. Maliheh Tyrell bu termini sovet kontekstində izah edir və qeyd edir ki, Ezop dilindən istifadə Sovet hakimiyyəti altında olan digər milli ədəbiyyatlara da yayılmışdı:

Qısaca desək, bu ədəbiyyat forması, heyvanlar haqqında təmsilləri kimi, siyasi senzuranı aşmaq üçün özünü alleqorik eyhamlar, işarələr və evfemizmlər arxasında gizlədir. "Ezop dili" və ya "Ezop ədəbiyyatı" sovetoloqların rus və ya milli, müxalif publisistlərin rejim əleyhinə fikirlərini gizlətmək üçün işlətdikləri alleqorik dili ifadə edən texniki termindir. Sovet hakimiyyəti altında bu "Ezopsayağı" ədəbiyyatın məqsədi sovet orqanlarını çaşdırmaq, eyni zamanda yerli oxucular üçün həqiqəti göstərmək idi.

İstinadlar

Həmçinin bax Ezop Abdal dili

Kateqoriya:Ədəbi üsullar Kateqoriya:Senzura Kateqoriya:Metaforlar Kateqoriya:Qədim Yunanıstan ədəbiyyatı Kateqoriya:Stilistika (linqvistika)