Quşçular — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Xələfli kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Cəbrayıl Ensiklopediyasına əsasən, "quşçu" etnonimi ilə bağlı Azərbaycanda çoxlu coğrafi adlar var. Ensiklopediyaya əsasən, "quşçular" toponimləri "quş" etnonimindən formalaşan etnotoponimdir. Cəbrayıl Ensiklopediyasına əsasən, Quşçu tayfaları qara hunlara — quşanlara aid olan türkdilli bir qəbilədir. Oykonim isə, Ensiklopediyaya əsasən, türkdilli quşçu tayfasının adını daşıyır.

Cəbrayıl Ensiklopediyasında qeyd edilir ki, mənbələrə görə, quşçu tayfası Cənubi Qafqaza hələ III - IV əsrlərdə gəlmişdir.

Cəbrayıl Ensiklopediyasında qeyd olunur ki, bəzi araşdırıçılar quşçuları qara hunların bir qolu ilə, bəziləri isə sarmat tayfaları arasındakı quşilərlə əlaqələndirir. Cəbrayıl Ensiklopediyasında həmçinin qeyd olunur ki, quşilər (xuşilər) — qədim pəhləvi qəbilələrindən birinin adıdır.

Coğrafiyası Quşçular kəndi təqribən 1075 m hündürlükdə yerləşir.

Tarixi 1975-ci il nəşrli xəritədə Quşçular ( — Kuşçular) məntəqəsi yaşayış olmayan kimi göstərilir.

Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Quşçular kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.

Birinci Qarabağ müharibəsi dövründə Cəbrayıl rayonunun əraziləri 23 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdi.

İkinci Qarabağ müharibəsi dövründə 2020-ci ildə Cəbrayıl rayonu işğaldan azad olunmuşdu. Rayonun Cocuq Mərcanlı kəndi hələ 1994-cü ildə işğaldan azad olunmuş, 2016-cı ildə isə Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdi. Quşçular kəndi isə İkinci Qarabağ müharibəsi zamanı, 28 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdi.

İqtisadiyyatı Keçmişdə kəndin əhalisinin əsas məşğuliyyətini heyvandarlıq və taxılçılıq təşkil edirdi.

Məşhur şəxslər XIX əsrin məşhur şairləri Aşıq Mahmud bu kənddəndir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Cəbrayıl rayonunun kəndləri