İranın zərbə tipli “Ghods Saeghe” PUA-sı 2013-cü ildə Tehrandakı “Qhods Aviation” şirkətində hazırlanaraq istehsal edilib. PUA hazırda İran Silahlı Qüvvələrinin silahlanmasında istifadə olunur.

Konstruksiyası thumb|2006-cı ildə İran Hərb Oyunlarında istifadə edilmiş Ghods Saeghe “Saeghe” aşağıda quraşdırılan delta qanadlara və uzunsov füzelyaja malikdir. İdarəetmə pərləri üfüqi stabilizator üzərində yerləşir. “Saeghe” tamamilə kompozit materialdan hazırlanır. PUA-nın konfiqurasiyasında 18.6 kVt (25 at gücündə) WAE-342 itələyici mühərrikdən istifadə edilir. Onun buraxılması üçün JATO adlanan qısa metal qollara malik katapultdan istifadə edilirdi. Pilotsuz vasitə quruya və ya suya paraşütlə enə bilir.

Versiyaları

“Saeghe” PUA-ları iki versiyada istehsal edilib. Birincisi, yalnız radio vasitəsilə idarəetmə sisteminə, digəri isə GPS və IR şüalanmalı idarəetmə sisteminə malikdir. Hər iki versiya katapult ilə buraxılır və paraşütlə endirilir.

“Saeghe-1”

“Saeghe-1” PUA-sının uçuş trayektoriyası və manevrləri radio komandalarla idarə olunur. Bu variant N-Q-A 100 kimi də tanınır.

“Saeghe-2”

“Saeghe-2” daha inkişaf etmiş bir avionikaya sahibdir, pilotsuz vasitə ilə yerüstü idarəetmə stansiyası arasında telemetrik əlaqə mövcuddur. PUA-nın operatorun müşahidə zonasından kənarda idarə edilməsi GPS naviqasiyasına əsaslanır. “Saeghe-2” girosabit radar reflektoruna və üç ədəd IR sensora malikdir.

PUA-lar kiçik bir mikroavtobusda daşına bilən yerüstü idarəetmə stansiyasından idarə olunur. “Saeghe-2” ilk dəfə 2002-ci ildə havaya qalxıb.

Taktiki-Texniki Xüsusiyyətləri

Uzunluğu: 2.81 m; Qanad açılımı: 2.6 m; Hündürlüyü: 0.7 m; Maksimum uçuş çəkisi: 60 kq; Mühərriki: 1×WAE-342 tipli cüt silindrli və porşenli mühərrik; Pərləri: iki oxlu; Maksimum sürəti: 250 km/saat; Döyüş radiusu: 50 km; Havada qalma müddəti: 45 dəq; Uçuş yüksəkliyi: 3355 m.

İstinadlar

Kateqoriya:Pilotsuz uçuş aparatları Kateqoriya: İran sənayesi Kateqoriya:İranın hərbi məhsulları