Otradnenski rayonu () — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi şəhər tipli Otradnenskaya kəndidir. Coğrafiyası Rayon diyarın cənub-şərqində yerləşir. Şərqdə Stavropol diyarı ilə, cənubda - Qaraçay-Çərkəz Respublikası, şimal və qərbdə - Krasnodar diyarının Novokubanski, Labinski və Uspenski rayonları ilə. Rayonun ümumi sahəsi 245 208 hektardır. Tarix Rayon 2 iyun 1924-cü ildə Cənub-Şərq vilayətinin Armavir dairəsinin bir hissəsi olaraq meydana gəlir. Buraya Kuban-Qara dəniz vilayətinin ləğv edilmiş Labinski bölməsinin ərazisinin bir hissəsi daxil idi. Əvvəlcə rayonda 10 kənd məclisi var idi: Malotenqinski, Nadejnı, Otradnenski, Peredovski, Podqornenski, Poputnenski, Preqradnenski, Spokoinenski, Spokoinosinyuxinski, Udobnenski.

16 noyabr 1924-cü ildən rayon Şimali Qafqaz diyarının, 10 yanvar 1934-cü ildən Azov-Qara dəniz diyarı ərazisinin bir hissəsi idi.

10 iyul 1931-ci ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin Fərmanı ilə Batalpaşinski rayonu ləğv edilir. Eyni zamanda İspravnenski və Frolovski kənd məclisləri Şimali Qafqaz diyarının Otradnenski rayonuna verilir.

31 dekabr 1934-cü ildə rayon ərazisindən ayrılması nəticəsində aşağıdakılar rayonlar ayrılır: Spokoinenski və Udonenski rayonlar.

13 sentyabr 1937-ci ildən etibarən Otradnenski rayonu Krasnodar diyarının bir hissəsidir.

22 avqust 1953-cü ildə Udobnenski rayonu tamamilə Otradnenski rayonuna verilir.

28 aprel 1962-ci ildə Spokoinensky rayonu da tamamilə Otradnenski rayonuna verilir.

1 fevral 1963-cü ildə Otradnenski kənd rayonu qurulur. 1993-cü ildə kənd sovetliklərinin fəaliyyətinə xitam verilir, kənd idarələrinin əraziləri kənd dairələrinə çevrilir. 2005-ci ildə rayonda 14 bələdiyyə qurulur.

Əhali 2002-ci il siyahıyaalınmasına əsasən etnik tərkib aşağıdakı kimidir: Millət payı sayı millət payı sayı Ruslar 85,9 % 57301 чел. Azərbaycanlılar 0,2 % 129 Ermənilər 8,8 % 5892 Almanlar 0,2 % 128 Ukraynalılar 1,4 % 911 Tatarlar 0,2 % 114 Qaraçılar 0,4 % 273 Adıqlar 0,2 % 104 Belaruslar 0,3 % 213 Yunanlar 0,2 % 102 Gürcülər 0,3 % 170 Türklər 0,1 % 47 1 yanvar 2006-ci il tarixinə rayon əhalisi 65 318 nəfər təşkil etmişdir. Əhalinin hamısı kənd əhalisidir. Bütün əhali arasında kişilər 47,3 %, qadınlar 52,7 % təşkil edir. Ümumi əhalinin 37696 (57,7 %) nəfəri əmək qabiliyyətli insanlar, 23,9 %-i pensiyaçılardır. İnzibati-ərazi vahidləri Novopokrovski rayonunda 14 kənd inzibati vahidliyinə 57 yaşayış məntəqəsi daxildir.

Tanınmış şəxslər İvan Nikolaeviç Boyko - Rus Sovet yazıçısı. Vasili Petroviç Damayev (1878-1932) - opera müğənnisi.

Aleksey Nikolaeviç Jiqaylov (1936-2014) - "İTAR-TASS" ın veteranı, Kubanın əməkdar jurnalisti, Rusiya Kazaklar İttifaqının çavuşu, Otradnenski vilayətinin fəxri sakini.

Vasili Trofimoviç Kandıbin, - Vətəndaş müharibəsinin fəal iştirakçısı.

Boris Vladislavoviç Kapustin - Sovet pilotu.

Dmitri Fedoroviç Lavrinenk, - Sovet baş leytenantı, Sovet İttifaqı Qəhrəmanı.

Sergey Daniloviç Mastepanov - dünya şöhrəti olan bir paremioloq.

Nonna Viktorovna Mordyukova, - böyük sovet kino aktrisası, SSRİ xalq artisti.

Qari Leontieviç Nemçenko - Rus Sovet yazıçısı.

Pyotr Yefimoviç Pridius - Rus Sovet yazıçısı.

Stanislav Kirilloviç Filippov - Rus Sovet jurnalisti və yazıçısı. İstinadlar

Mənbə Официальный сайт Отрадненского района Краснодарского края Муниципальное образование Отрадненский район Отрадненский район на портале исполнительных органов власти края Справочник почтовых индексов / кодов ОКАТО /налоговых инспекций ФНС / адресов Poçt indeksi: Почтовые индексы: Отрадненский Район Почтовые индексы | Краснодарский край | Отрадненский район

Kateqoriya:Krasnodar diyarının rayonları Kateqoriya:1924-cü ildə yaranmış dövlətlər və ərazilər