Arayik Vladimiri Harutunyan (, ) — Qondarma Dağlıq Qarabağ Respublikasının baş naziri (14 sentyabr 2007 – 25 sentyabr 2017), dövlət naziri (2017–2018), başçısı (21 may 2020 – 31 avqust 2023).
Həyatı Arayik Harutyunyan 14 dekabr 1973-cü ildə Azərbaycanın Xankəndi şəhərində anadan olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyevin verdiyi məlumata görə Arayik Harutyunyan Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi zərbə nəticəsində gizləndiyi bunkerdə ağır yaralanmışdır.Cumhurbaşkanı Yardımcısı Haciyev: "Sözde Dağlık Karabağ Cumhuriyeti Başkanı Araik Harutyunyan ağır yaralandı"
31 oktyabr 2020 tarixində onun öldürüldüyü barədə iddiaları yayılmışdır. Ermənistan tərəfini bunu inkar etsədə, onun həyatda olduğuna dair bir sübut təqdim etməmişdir. 31 avqust 2023-cü ildə qondarma respublikanın prezidenti vəzifəsindən istefa verib.
Təhsili 1990 — Xankəndi şəhərində fizika-riyaziyyat təmayüllü məktəbi bitirmiş və elə həmin il Ermənistan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunmuşdur. 1994–1995 — Xankəndi Pedaqoji İnstitutunun (sonradan Arsax Dövlət Universiteti adlandırılan) iqtisadiyyat fakültəsində təhsil almışdır. 1996–1998 — Xankəndi Pedaqoji İnstitutunun (sonradan Arsax Dövlət Universiteti adlandırılan) iqtisadçiyyat sahəsi üzrə aspiranturasında təhsil almışdır. 2013-cü ildə dissertasiya müdafiə edərək texniki elmlər namizədi adını almışdır.
Əmək fəaliyyəti 1992 — qondarma Dağlıq Qarabağ Respublikasının qanunsuz silahlı dəstələrinə qoşulub, Qarabağ müharibəsində separatçı kimi döyüşlərdə iştirak edib. 1995–1997 — qondarma respublikanın iqtisadiyyat və maliyyə nazirinin köməkçisi kimi fəaliyyət göstərib. 1997–1999 — "Armaqrobank"ın Əsgəran filialının rəhbəri vəzifəsində çalışıb. 1999–2004 — "Armaqrobank"ın Xankəndi filialının rəhbəri vəzifəsində çalışıb. 2005–2007 — qondarma respublikanın parlamentinin deputatı, "Azat Ayenik" ("Azad Vətən") partiyasının sədri, "Vətən" fraksiyasının rəhbəri olub. 2009 — yenidən "Azat Ayenik" partiyasının sədri seçilib. 14 sentyabr 2007 — qondarma respublikanın başçısı Bako Saakyanın təqdimatı ilə parlament tərəfindən baş nazir seçilib. 2010-cu ildə rəhbərlik etdiyi "Azat Ayenik" partiyası qondarma respublikanın parlamentinə keçirilən seçkilərdə 33 yerdən 14-nü qazanaraq qalib gəlib. 2012-ci ilin sentyabrında qondarma respublikanın başçısı Bako Saakyanın təqdimatı ilə baş nazir seçilib. 25 sentyabr 2017 – 6 iyun 2018-ci illərdə qondarma respublikanın dövlət naziri olub. 31 mart 2020-ci ildə qondarma respublikanın başçısı seçkilərində birinci turda 1-ci yeri tutub.
Həbsi Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində 2023-cü il 3 oktyabr tarixində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilmişdir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunub.
2026-cı ilin fevralın 5-də Bakı Hərbi Məhkəməsində qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
İstinadlar
Kateqoriya:Azərbaycan erməniləri Kateqoriya:Dağlıq Qarabağ Respublikasının Prezidentləri Kateqoriya:Erməni məhbuslar və məhkumlar Kateqoriya:Azərbaycanda məhbuslar və məhkumlar Kateqoriya:Azərbaycanda ömürlük həbs edilmişlər Kateqoriya:Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr iqtisadçıları