Kursk rayonu () — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Kurskaya kəndidir. Əhalisi 54 012 nəfərdir (2020).
Coğrafiyası Rayon Stavropol diyarının cənub-şərq hissəsində yerləşir. Kabardin-Balkariya, Şimali Osetiya, Çeçenistan Respublikası və Dağıstanla sərhəddir.
Çayları: Kür, Terek. Tersko-Kumski kanalı.
Rayonun şərqi qumlu Noqay çölündən ibarətdir.
Tarixi Kursk rayonu 2 yanvar 1935-cui ildə qurulur. Rayon ərazisinə əvvəllər Şimali-Qafqaz diyarı, Proxladnenski və Mozdok rayonlarının bəzi yaşayış məntəqələri daxil edilir. Oktyabr inqilabına qədər bu ərazilər Tesk vilayəti, Mozdok kazak bölməsinə daxil idi.
5 yanvar 1943-cü ildə Kursk rayonu nasist işğalçılarından azad edildir.
1 fevral 1963-cü ildə Apollon rayonu ləğv edilir və ərazisi Qeorqievski və Kursk kənd rayonlarına verilir.
1 fevral 1963-cü ildə mövcud 15 kənd rayonu yerinə: Aleksandrovski, Apanasenkovski, Blaqodarnenski, Vorontsovo-Alexsandrovski, Qeorqievski, İzobilnenski, İpatovski, Koçubevski, Krasnoqvardeyski, Kurski, Levokumski, Mineralovodski, Petrovki, Prikumski və Şapovski rayonları formalaşdırılır.
12 yanvar 1965-ci ildə Rusiya Sovet Federativ Soaialist Respublikası Ali Sovetinin qərarı ilə Stavropol diyarının 17 kənd rayonu, o cümlədən Kursk rayonu inzibati rayonlara çevrilir. Sonradan formalaşdırılan Neftekumsk rayonu Kursk və Levokumsk rayonlarından ayrılan yaşayış məntəqələri hesabına qurulur.
С 16 марта 2020 года, в соответствии с Законом Ставропольского края от 31 января 2020 г. № 9-кз, все муниципальные образования Курского муниципального района были преобразованы путём их объединения в единое муниципальное образование Курский муниципальный округ.
20 iyun 1957-ci ildə Dmitrievski rayonu ləğv edilir ərazisi İpatovski, Trunovski və Molotov rayonlarına verilir.
13 iyul 1957-ci ildə Molotov rayonu Krasnoqvardeyski, Molotovskoe kəndi isə Krasnoqvardeyskoe adlandırılır (Vətəndaş müharibəsi illərində Medvejenski qəzasındakı Sovet hakimiyyətini müdafiə edən Qırmızı Qvardiyanın şərəfinə belə adlandırılmışdır).
16 mart 2020-ci il tarixdən etibarən, 31 yanvar 2020-ci il tarixli 9-kz saylı Stavropol diyarı qanununa əsasən, Kursk bələdiyyə dairəsinin bütün bələdiyyələri vahid bələdiyyə forması olaraq Kursk bələdiyyə dairəsinə birləşdirilir. Ərazi vahidi statusunu qoruyur.
Əhali Milli tərkib 2010-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə görə rayonda aşağıdakı millətlərin nümayəndələri yaşayırdı Milliyyət sayları faiz ruslar 26 229 48,52% ermənilər 7 714 14,27% türklər 6 301 11,66% çeçenlər 2 526 4,67% darginlər 2 397 4,43% kabardinlər 2 186 4,04% osetinlər 947 1,75% gürcülər 916 1,69% avarlar 898 1,66% qumuqlar 601 1,11% bildirməyənlər 203 0,38% digərləri 3 136 5,80% Ümumi 54 054 100,00
Yaşayış məntəqələri Rayonun və müvafiq şəhər dairəsinin ərazisi 47 yaşayış məntəqəsini əhatə edir.
Yerli idarəetmə Rayon rəhbərləri – Ruslan Qriqoriyeviç Sabanov.
Şəhər bələdiyyəsinin rəhbərləri – Sergey İvanoviç Kalaşnikov
İstinadlar
Mənbə