Interplay Entertainment Corp. (əvvəllər Interplay Productions) — ABŞ videooyun istehsalı və nəşri şirkəti. Şirkət 1983-cü ildə istehsalçılar Brayan Farqo, Cey Tatel, Troy Uorrel və Rebekka Hayneman, o cümlədən investor Kriss Uells tərəfindən təsis edilmişdir. "Interplay" istehsalçı olaraq "Fallout" seriyasının yaradıcısı, nəşrçi olaraq isə "Baldur's Gate" və "Descent" seriyalarına görə tanınır.

Studiyalar

Aktiv Interplay Discovery — indi istehsalçılar üçün yayım şöbəsi. Black Isle Studios — 1996-cı ildə qurulmuş, 2003-cü ildə maliyyə problemlərinə görə bağlanmış studiya. Studiya 2012-ci ildə yenidən açılmışdır.

Bağlanmış BlueSky Software — 1988-ci ildə qurulmuş, 2011-ci ildə bağlanmış studiya. Brainstorm Interplay Films — 1998-ci ildə şirkətin "Descent", "Redneck Rampage" və "Fallout" kimi populyar franşizaları haqqında bədii filmlərin çəkilməsi üçün açılmış şöbə. Şöbənin rəhbəri Tom Rid idi.

Satılmış Shiny Entertainment — 1993-cü ildə qurulmuş, 1995-ci ildə "Interplay" tərəfindən satın alınmış, 2002-ci ildə "Atari"yə satılmış studiya.

Digər 14 Degrees East — 3 mart 1999-cu ildə qurulmuş strategiya oyunları şöbəsi. FlatCat Interplay Sports — idman oyunları şöbəsi. Tantrum Entertainment Tribal Dreams Digital Mayhem

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Interplay Entertainment Kateqoriya:1988-ci ildə yarananlar Kateqoriya:ABŞ videooyun şirkətləri Kateqoriya:Videooyun istehsalı şirkətləri Kateqoriya:Videooyun yayımı şirkətləri Kateqoriya:Los-Anceles şirkətləri