Novoaleksandrovsk rayonu () — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Novoaleksandrovsk şəhəridir. Əhalisi 64 100 nəfərdir (2020).
Coğrafiyası Rayon Stavropol diyarının şimal-qərb hissəsində, üçüncü aqroklimatik zonada, qeyri-sabit rütubətli zonada yerləşir. İllik rayona ortalama 450-550 mm yağıntı düşür. Stavropol Diyarının İzobilnenski və Krasnoqvardeyski rayonları və Krasnodar diyarı ilə həmsərhəddir. Rayon ərazisi şimaldan cənuba 60 km, şərqdən qərbə 48 km məsafədə uzanır. Rayonun ümumi sahəsi 2.015.7 km² (201.499 ha), kənd təsərrüfatı sahələri isə 179.382 ha-dır. Əkin sahələri 168.696 ha ərazini əhatə edir.
Tarixi Novoaleksandrovsk rayonu 1924-cü ildə Kuban vilıayətinin keçmiş Labinski və Qafqaz şöbələrinin kənd və təsərrüfatlarından meydana gəlmişdir.
23 yanvar 1943-cü ildə Novoaleksandrovsk rayonu Alman faşist işğalçılarından azad edilir.
12 yanvar 1965-ci ildə RSFSR Ali Sovetinin Rəyasət Heyəti qərarı ilə:Aleksandrovski, Apanasenkovski, Blaqodarnenski, Vorontsovo-Alexsandrovski, Qeorqievski, İzobilnenski, İpatovski, Koçubevski, Krasnoqvardeyski, Kurski, Levokumski, Mineralovodski, Petrovki, Prikumski və Şapovski rayonları formalaşdırılır. 18 oktyabr 1990-cı ildə Stavropol Xalq Deputatları Sovetinin Rəyasət Heyəti qərar ilə: "Novoaleksandrovski rayonunda Raşevatski kənd sovetindən ayrılmış Raduja və Limannı kəndləri daxil olmaqla mərkəzi Raduja kənd sovetliyi qurulur".
24 dekabr 1992-ci ildə Pryadovoye kənd sovetindən ayrılan və mərkəzi Karmalinovskaya kəndi olan Karmalinovski kənd sovetliyi qurulur.
1 May 2017-ci il tarixindən etibarən Stavropol dairəsinin 14 aprel 2017-ci il tarixli 34-kz saylı Qanununa uyğun olaraq Novoaleksandrovsk inzibati dairəsinin bütün bələdiyyələri Novoaleksandrovsk şəhər dairəsinə birləşdirilir.
Ərazi vahidi statusunu qoruyur.
Əhali Cins tərkibi
2010-cu il Ümumrusiya əhalisinin siyahıyaalınmasının nəticələrinə görə, rayonda 30 399 kişi (46,42 %) və 35 078 qadın (53,58%) yaşayırdı.
Milli tərkib 2010-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə görə rayonda aşağıdakı millətlərin nümayəndələri yaşayırdı: Milliyyət sayları faiz ruslar 57 435 87,72 ermənilər 2807 4,29 qaraçılar 1474 2,25 kürdlər 961 1,47 digərləri 2800 4,27 Ümumi 65 477 100,00 Urbanizasiya
Şəhər şəraitində rayon əhalisinin (Novoaleksandrovsk şəhəri) 41,37 % yaşayır.
Yaşayış məntəqələri Rayonun və müvafiq şəhər dairəsinin ərazisi 41 yaşayış məntəqəsini əhatə edir.
Yerli idarəetmə Şəhər dairəsi deputatlar sovetinin sədri: Sergey Neşev
Denis Straxov Şəhər dairəsinin sədrləri
Sergey Saqalayev İstinadlar
Mənbə
Kateqoriya:1924-cü ildə yaranmış dövlətlər və ərazilər