Nyuel Ceyms Österberq (oğul) () daha çox İggi Pop(İggy Pop; ) — amerikalı rok musiqiçi, alternativ rokun "qurusu" və pank rokun babası kimi tanınır. 2009-cu ildə Britaniyanın Classic Rock dərgisi ona "Canlı Əfsanə" adı verib.
1960-cı illərin sonunda 1970-ci illərin əvvəllərində İggi The Stooges qrupunun vokalisti olub, hansı ki hard-rokun və pankın yarnamağında və gələcəkdə inkişafında böyük rol oynayıb. Stooges qrupu öz epatajlı çıxışlarına görə tez bir zamanda məşhur oldu. İggi canlı çıxışlarında (həmişə yarı çılpaq olurdu səhnədə) özünə xətər yetirirdi, publikanı söyürdü və "Stage Divinq", yəni səhnədən kütlənin içinə hoppanmağı yaratmışdı. 7 dəfə alınmayan nominəyə baxmayaraq 15 mart 2010-cu ildə The Stooges qrupu Rock and roll hall of fame-ə əlavə edildilər.
Uşaqlıq illəri thumb|Pop məktəbin buraxılış ilində, 1965 il İggi Miçiqanın Maskiqon şəhərində dünyaya gəlib. Valideynləri Luela və Ceyms Nyuel Österberq (ata), hansı ki ingilis dili müəllimi və beysbol məşqçisi işləyirdi. Popun uşaqlığı treyler parkda keçib. Gələcəkdə İggi yadına salırdı "Biz treylerdə yaşayırdıq. 96 nömrəli dayanacaqda. Ümumi 113 nömrə var idi. Bütün bu düşərgədə ikicə nəfərdə ali təhsil var idi, oda mənim valideyinlərim idi". 1982-ci ildə musiqiçi tərəfindən nəşr edilmiş avtobioqrafiyasına istinad götürsək, İggi uşaqlıqdan mexaniki üzqırxanın səsindən, və yaxınlıqda olan zavodların stanokların verdiyi elektron səslərdən həzz alırdı. İggi Pop intervyularının birində danışırdı:
"Biz atamla Miçiqanın iki xəttli şossesi ilə hərəkət edəndə, ilk dəfə ağlıma musiqiçi olmaq gəldi. Mən 49-un kadillakının arxasında oturmuşdum — atamın maşınlara həmişə babat zövqü olub. Radiodan Frenk Sinatra oxuyurdu: "Arzuların çin olur, bu olacaq, əgər ürəyini həmişə soyuq saxlasan" (). Atam da onunla bir oxuyudu. O gündən məndən soruşsaydınız kim olmaq istəyirəm, deyirdim musiqiçi. Zaman keçdikcə başa düşməyə başladım ki bu qeyri mümkündür, ona görə də siyasətçi olcağıma qərar verdim".
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:ABŞ aktyorları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Həyatı boyu müvəffəqiyətlərinə görə Qremmi mükafatı laureatları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:RCA Records artistləri Kateqoriya:Virgin Records artistləri Kateqoriya:XXI əsr aktyorları