Tağlı — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Zəngilan rayonunun Şayıflı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 1911-ci ildə dərc olunmuş 1912-ci il üçün Qafqaz təqviminə görə, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində Tağılı ( — Tagilu) kəndi var idi.

1921-ci ilin Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasına görə, Qubadlı qəzasının Zəngilan kənd cəmiyyətinin tərkibində Tağılı ( — Tagilı) adında yer var idi. O dövrdə Yuxarı və Aşağı Genlikdə ( — Kenlix), Tağılı ilə birlikdə 76 təsərrüfat var idi.

1933-cü il üçün tərtib edilmiş ASŞC inzibati bölünüşünə görə Zəngilan rayonunun Pirçivan (indiki Zəngilan şəhəri) kənd Şurasının tərkibində Tağlı məskun yeri var idi. Həmin dövrdə Tağlıda 8 təsərrüfat var idi. Onlardan 7-i ümumiləşdirilmiş, 1-i isə fərdi idi.

Birinci Qarabağ müharibəsi vaxtı Zəngilan rayonunun əraziləri 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Zəngilan rayonunun Şayıflı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Tağlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.

2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri yaşayış məntəqəsini işğaldan azad etmişdi.

Tarixi 1911-ci ildə dərc olunmuş 1912-ci il üçün Qafqaz təqviminə görə, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibindəki Tağılı ( — Tagilu) kəndindində əsasən azərbaycanlılardan (təqvimdə "tatar" kimi qeyd edilmişdir) ibarət 101 nəfər yaşayırdı.

1921-ci ilin Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasına görə, Qubadlı qəzasının Zəngilan kənd cəmiyyətinin tərkibindəki Yuxarı və Aşağı Genlikdə ( — Kenlix), Tağılı ( — Tagilı) əsasən azərbaycanlılardan ibarət (siyahıyaalmada Azərbaycan türkləri kimi qeyd edilmişdi) 281 nəfər yaşayırdı.

1933-cü il üçün tərtib edilmiş ASŞC inzibati bölünüşünə görə Zəngilan rayonunun Pirçivan (indiki Zəngilan şəhəri) kənd Şurasının tərkibində Tağlı məskun yerində 33 nəfər yaşayırdı. Həmin dövrdə Pirçivan kənd Şurasının əhalisinin 98,7 % azərbaycanlılardan (mənbədə türklər kimi qeyd edilmişdir) ibarət edi.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Zəngilan rayonunun kəndləri