Muzeyin tarixi 29 noyabr 1981-ci ildən fəaliyyət göstərən Yardımlı Tarix-Diyarşünaslıq Muzeyi 2008-ci ildən uyğunlaşdırılmış yeni binada fəaliyyət göstərir. Muzeyin ekspozisiyasının ümumi sahəsi 350 kv.m-dir. Ekspozisiya sərgi sahəsi 300 m², fond otağı isə 15 kv.m-dir. Muzeyin ümumi fondunda 6000-ə yaxın muzey əhəmiyyətli materiallar olmaqla bu diyarın tarixini, habelə Vətən tarixinin bir hissəsini özündə ehtiva edir. Muzeyin ekspozisiyası 8 otaqdan ibarətdir. Burada "Yardımlının təbiəti", "Yardımlı antik və orta əsrlərdə", "Yardımlı etnoqrafiyası", "Yardımlı rayonun yaranması", "Sovetlərin rayonda sosial-mədəni sahədə fəaliyyəti", "Yardımlı 40/80-ci illərdə", "Müstəqilliyimiz uğrunda mübarizədə şəhidlərimiz" və "Yardımlı rayonu müstəqillik illərində" adlı bölmə və guşələri ekspozisyada gələn tamaşaçılara dolğun məlumat verir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycandakı tarix-diyarşünaslıq muzeyləri Kateqoriya:1981-ci ildə yaradılmış muzeylər