Pistoya () — İtaliyanın Toskana regionunda vilayət. Vilayətin inzibati mərkəzi eyniadlı şəhərdir .

Coğrafiya Vilayətin ərazisi 964.12 km2 sahəni əhatə edir, əhalisi isə 2015-ci ildə 291 788 nəfər olmuşdur.

Vilayət düzən vadilər və dağların kombinasiyasından ibarətdir. Pistoyanın dağları və Abetone və Val-di-Lutz kurortları xizəkçi turistlər arasında populyar yerlərdir. Pistoyya şəhəri Lukkadan və Florensiyadan 40 km məsafədə yerləşir. Pistoya və Peşa şəhərləri güllərin və bitkilərin beynəlxalq bazarda satışı üçün yetişdirilməsində populyar yerlərdən bəziləridir. Kuarrata şəhər və kommunası isə taxta mebel istehsalı ilə məşhurdur.

Pistoya viləyətinin şəhər və kommunaları Vilayət 22 kommunaya bölünür.

Pistoya — vilayətin kommuna və inzibati mərkəzi; Montekatini-Terme — spa-kurort şəhəri; Peşa — şəhər; Sambuka-Pistoyeze — kommuna.

İstinadlar

Xarici keçidlər Vilayətin rəsmi saytı ) Kateqoriya:Toskana Kateqoriya:1927-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:İtaliya əyalətləri Kateqoriya:Toskana əyalətləri