Endryu Cekson Yanq kiçik (; ) — ABŞ mülki hüquq müdafiəçisi və dövlət xadimi, ABŞ-nin BMT-dəki nümayəndəsi (1977-1979).
Həyatı Diş həkimi Endry Cekson Yanq və müəllim Deyzi Yanqın (nikahdan əvvəl Fuller) oğlu 12 mart 1932 Yeni Orleanda anadan olmuşdur. 1947—1948-ci illərdə Dillard Universitetində təhsil alırdı, 1951-ci ildə Hovard Universitetində biologiya üzrə bakalavr dərəcəsini bitirdi, 1955-ci ildə isə Hartford Seminariyasında ilahiyyat üzrə bakalavr dərəcəsini aldı.
1955-ci ildə Birləşmiş Məsih Kilsəsinin keşişi oldu, Alabama və Corciyada müxtəlif kilsələrdə xidmət etmişdir. 1961-ci ildə Atlantaya köçdü və Cənubi Xristian Rəhbəriliyi Konfransına qatıldı. Martin Lüter Kinqin tərəfdaşlarından biri olmuşdur, 1968-ci ildə onun qətlindən sonra Ralf Abernati ilə əməkdaşlıq edirdi.
1970-ci ildəki uğursuz cəhddən sonra, Yanq 1972-ci ildə demokratlardan ABŞ Nümayəndələr Palatasına seçildi, daha sonra 1974 və 1976-cı illərdə yenidən seçildi. Cimmi Karteri dəstəkləyirdi və 1977-ci ildəki onun prezident seçkilərindəki qələbəsindən sonra ABŞ-nin BMT-dəki Daimi Nümayəndəsi təyin edildi. Fələstin Azadlıq Təşkilatının nümayəndəsi ilə görüşdüyü məlum olduqdan sonra istefa etdi.
1981-ci ildə Atlanta meri seçildi, 1985-ci ildə yenidən bu vəzifəyə seçildi. 1990-cı ildə Corciya qubernatoru vəzifəsinə namizəd olmuş, lakin Demokrat Partiyasındakı ilkin seçkilərdə məğlub oldu. 1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunlarının təşkilat komitəsinin üzvü idi.
Kitabları
An Easy Burden: The Civil Rights Movement and the Transformation of America (1998); A Way Out of No Way (1996); Andrew Young at the United Nations (1978); Andrew Young, Remembrance & Homage (1978); The History of the Civil Rights Movement (9 volumes, 1990); Trespassing Ghost: A Critical Study of Andrew Young (1978); Walk in My Shoes: Conversations between a Civil Rights Legend and his Godson on the Journey Ahead with Kabir Sehgal (2010). ISBN 978-0-230-62360-6; The Politician (2010).
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Demokrat Partiyasının üzvləri (ABŞ) Kateqoriya:Prezident Azadlıq medalı ilə təltif edilənlər Kateqoriya:Atlanta merləri Kateqoriya:XX əsr ABŞ siyasətçiləri Kateqoriya:XXI əsr ABŞ siyasətçiləri Kateqoriya:BMT rəsmiləri