Milli dil günü və ya Limba noastre (Rum. Limba noastră - dilimizdən) — Moldova Respublikasında 1989-cu ildən bəri hər il 31 avqustda qeyd olunan bayram. 250px|thumb|right Yaranma tarixi Moldova Xalq Cəbhəsinin birbaşa iştirakı ilə 27 Avqust 1989-cu ildə Kişinyovda kütləvi nümayiş baş verir. Əsas tələblərdən biri latın qrafikasına əsaslanan moldav dilinin respublikanın rəsmi dili statusunu alması idi. 31 Avqust 1989-cu ildə MSSR Ali Soveti moldovan dilinin siyasi, iqtisadi, sosial və mədəni sahələrdə rəsmi dil elan etdi və bu dilin latın qrafikasınaqaytarılması haqqında qanun qəbul etdi.

23 iyun 1990-cı ildə Moldova Parlamenti 31 avqustu Milli Dil Günü elan etdi. Başlanğıcda bayrama "Rumın dilimizin günü" (rum. Limba noastră cea română və ya rum. Ziua limbii române) deyilirdi. 1994-cü ildə bayrama Moldova Konstitusiyasının 13-cü maddəsində əksini tapan mövcud adın – "Limba noastră" (rum. Limba noastră) verilməsi qərara alındı.

Moldova Respublikası Konstitusiya Məhkəməsi 5 dekabr 2013-cü il tarixində İstiqlal Bəyannaməsi mətninin üstünlüyünə istinad edərək rumın dilini rəsmi dil elan etdi. Eyni zamanda konstitusiyaya müvafiq dəyişikliklər edilib.

Bayram ənənələri 31 avqustda ənənəvi olaraq, Moldova daxilində sərgilər, festivallar, digər mədəni tədbirlər və xalq şənlikləri təşkil olunur. İndi də Kişinyov Mərkəzi şəhər qəbiristanlığında ana dili və milli ədəbiyyatın inkişafına xüsusi töhfə verən dünyasını dəyişmiş xadimlərin anma mərasimi təşkil olunur. Mətni 1994-cü ildən bəri müstəqil Moldovanın himninə çevrilən eyniadlı "Limba noastre" (Dilimiz) şeirinin müəllifi olan, milli poeziyanın klassiki Aleksey Mateyeviçin xatirəsi bu gün böyük ehtiramla yad olunur.

İstinadlar

Kateqoriya:Xüsusi günlər Kateqoriya:Milli bayramlar