Hicran Kamran qızı Hüseynova () — azərbaycanlı dövlət və siyasi xadim, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri (2006–2020), Azərbaycan Milli Məclisinin VI çağırış deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri
Həyatı Hicran Hüseynova 1955-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. 1972–1977-ci illərdə S. Kirov adına Azərbaycan Dövlət Universitetində tarix üzrə ali təhsil alıb. 1985-ci ildə dissertasiyasını müdafiə edib və tarix elmləri namizədi dərəcəsi alıb. 2001-ci ildə "Azərbaycan Avropa inteqrasiya sistemində" mövzusunda dissertasiyanı müdafiə edib və siyasi elmlər üzrə doktor dərəsi alıb. 2007-ci ildə isə Azərbaycanın Prezidenti yanında Ali Atestasiya Komissiyası tərəfindən ona professor adı verilib.
Fəaliyyəti Hicran Hüseynova Azərbaycan Prezidenti İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edildi.
2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 41 saylı Sumqayıt I dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Hicran Hüseynova, 32,60 % səslə VI çağırış Milli Məclisin deputatı seçildi. 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Hicran Hüseynova, Milli Məclisin ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri oldu. Milli Məclisin deputatı səlahiyyətlərinin icrasına başlaması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 10 mart 2020-ci il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə azad edildi.
2024-cü il oktyabrın 8-də Azərbaycan — Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Mükafatları 12 avqust 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Hicran Kamran qızı Hüseynova “Şöhrət” ordeni ilə təltif edilib
12 avqust 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Ailəsi Hicran Hüseynova ailəlidir, 2 övladı var. Onun atası — Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olan Kamran Hüseynovdur.
İstinadlar
Kateqoriya:Bakı şəhəri 6 nömrəli tam orta məktəbin məzunları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:Azərbaycan Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədrləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri Kateqoriya:XXI əsr Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan professorları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları Kateqoriya:Azərbaycanın dövlət xadimləri