Kot Diji qalası (Urdu dilində: کوٹ ڈیجی قلعہ‎; Sindhi dilində: ڪوٽ ڏيجي جو قلعو‎) — Kot Diji qalası əvvəllər Əhmədabad qalası kimi tanınırdı; 18-ci əsrdə Talpur dövrünə aid qala olub Pakistanın Xayrpur dairəsinin Kot Diji şəhərində, Hind çayından təxminən 25 mil şərqdə, Tar səhrasının kənarında yerləşir. Qala e.ə. 2800-2500-ci illərə aid edilən Harappa mədəniyyəti öncəsi arxeoloji qazıntı sahəsindən yuxarıda yerləşir.  

Haqqında Kot diji qalası Mir Söhrab xan Talpur"Discovering Sindh". Tribune. 24 January 2015. 5 mart, 2017-ci il tarixində arxivləşdirilib. tərəfindən 1785-1795-ci illərdə tikdirilib.Khan, Shameen (30 April 2015). "Kot Diji Fort: A symbol of the Talpur dynasty" 2017-ci il 5 mart tarixində arxivləşdirilib. Bu yer Röhri təpələrinin cənub qurtaracağındakı təpənin üzərində, Harappa öncəsi mədəniyyətin qalıqları yerləşən tarixəqədərki kurqanların yuxarısındakı ərazidə yerləşir.Ahmed, Mukhtar (2014). Ancient Pakistan - an Archaeological History. Amazon. p. 480. ISBN 9781495966439.

Strukturu Qala Kot Diji şəhərində yerləşən 110 fut hündürlükə olan təpənin üzərindədir. Qalanın 30 fut uzunluğundakı divarları qalanın ən yuxarı hissəsini dövrəyə alır və 1,8 km perimetrində dar bir qala formalaşdırır. Qala hər biri 50 fut hündürlükdə olan 3 strateji qüllədən ibarətdir. Qalada topları yerləşdirmək üçün bir neçə yer, müdafiə olunmaq üçün çoxsaylı daxili keçidlər var. Qalada həmçinin su anbarı, həbsxana, divanxana, döyüş sursatı anbarı, təhlükəsizlik xidməti əməkdaşları üçün bir sıra hücrələr və bir kiçik şah iqamətgahı mövcuddur.

Qorunması Pakistan höküməti onun Pakistanda qorunan mədəni irsə aid abidə olduğunu elan edib. Buna baxmayaraq qalanın bəzi hissələri güclü yerli ailələrin nəzarəti altındadır.Pakistanda Kot Diji qalası 12 Mart, 2012-ci il tarixində "Pakistan today" saytında dərc edilib, 8 fevral 2017-ci ildə arxivləşdirilib

Qalereya

Həmçinin bax

Sind əyaləti Sind tarixi

Xarici keçidlər Talpur-era Kot Diji Fort now home to encroachers

İstinadlar

Kateqoriya:Sind əyaləti Kateqoriya:XVIII əsrə aid qalalar