Aleksey Timofeyeviç Lejnyov (Lejnev) () — Azərbaycan-sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1969).

Həyatı Aleksey Lejnyov 27 mart 1913-cü ildə Bakıda anadan olmuşdur. 1932–1934-cü illərdə Rostov Dram Teatrı studiyasında, 1934–1937-ci illərdə isə Tbilisi Dövlət Rus Dram Teatrında çıxış etmiş, 1938-ci ildən M. Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olmuşdur.

Aleksey Lejnyov 1944-cü ildən Sov. İKP üzvü olmuşdur. O, pedaqoji fəaliyyət də göstərmişdir. Aktyor 23 fevral 1972-ci ildə Bakıda vəfat etmişdir.

Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 25 dekabr 1969 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 fevral 1954 "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959

İfa etdiyi əsas rollar

"Polad necə bərkidi", Nikolay Ostrovskinin əsəri üzrə — Pavel Korçagin "Müfəttiş", Nikolay Qoqol — Xlestakov "İki ağanın bir nökəri", Karlo Qoldoni — Truffaldino "Xırs-quldurbasan", Mirzə Fətəli Axundov — Tarıverdi "Müsyo Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundov — Məstəli şah "İnqilab naminə", Mixail Şatrov — Dzerjinski "Onun dostları", Viktor Rozov — ''Şaron

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları