Təpəbaşı məhəlləsi — İrəvanın qədim məhəllələrindən biri.

Haqqında Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşirdi. Bu məhəllə şəhərin qərb hissəsini əhatə edirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Hüseynqulu xana məxsus məşhur Xan bağı da burada yerləşirdi.Qarayev E. T. İrəvan xanlığı (1747–1828). Bakı, "Avropa" nəşriyyatı 2010, 342 səh.

1728-ci ildə tərtib olunmuş osmanlı "Müfəssəl dəftər"ə görə, bu dövrdə İrəvan şəhəri 4 məhəllədən ("Köhnə şəhər", "Dəmirbulaq", "Dərəkənd", "Təpəbaşı") ibarət olmuşdu.

1831-ci ildə Təpəbaşı məhəlləsi İrəvan şəhəri aşağıdakı hissələrdən ibarətdir: 1. Şəhər hissəsi 2. Təpəbaşı hissəsi 3. Dəmirbulaq hissəsi Təpəbaşı hissəsinə aid olanlar: 1) Kənəkir yolundan solda yerləşən Abihəyat məhəlləsi; 2) Zəngi çayının solunda, Kənəkir kəndindən aşağıda yerləşən Qızılqala məhəlləsi; 3) Zənginin həmin tərəfində, Qızılqala məhəlləsindən aşağıda yerləşən Dərəbağ məhəlləsi; 4) Körpüdən yuxarıda, həmin yerdə yerləşən Dərəkənd məhəlləsi; 5) Zənginin o biri tərəfində, Dərəbağla üz-üzə yerləşən Dəlmə məhəlləsi; 6) Noraguğ məhəlləsi; Bütün bu məhəllələr bağlardan ibarətdir və qış vaxtı buralarda heç kim yaşamır. Təpəbaşı hissəsi — 594 ailə, 1.333 kişi, 1.264 qadın, cəmi 2.537 nəfər Təpəbaşı hissəsi Azərbaycan türkləri: 1 xan ailəsi, 4 kişi, 2 qadın, cəmi 6 nəfər 12 bəy ailəsi, 43 kişi, 28 qadın, cəmi 71 nəfər 6 mirzə ailəsi, 33 kişi, 16 qadın, cəmi 49 nəfər 20 molla ailəsi, 69 kişi, 48 qadın, cəmi 117 nəfər 10 seyid ailəsi, 21 kişi, 25 qadın, cəmi 46 nəfər. Ermənilərdə: 3 məlik ailəsi, 13 kişi, 13 qadın, cəmi 26 nəfər 8 ruhani ailəsi, 32 kişi, 23 qadın, cəmi 55 nəfər Cəmi 63 ailə, 227 kişi, 165 qadın, 192 nəfər."İrəvan şəhərinin Kameral təsviri" kitabının I cildi Nazir Əhmədli

Həmçinin bax Təpəbaşı məscidi

İstinadlar

Xarici keçidlər Caliber.az mission landed in Armenia: investigation into the footsteps of vandals — Exclusive photo facts Ermənistan vandalizmi ilə bağlı Azərbaycanın UNESCO-ya müraciətinin MƏTNİ İrəvanda yağış yağanda ermənilər niyə qorxurdu?

Kateqoriya:İrəvan Kateqoriya:İrəvan məhəllələri