“Xudayar təsnifi” və ya əvvəlki adı ilə "Vətən yaxşıdır" — xanəndə Əlibaba Məmmədovun qəzəlxan Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələdiyi təsnif.Şəhid Xudayar Yusifzadənin səsləndirdiyi “Vətən yaxşıdır” mahnısının tarixi haqqında maraqlı faktlar
Tarixi
Təsnif ilk dəfə 1960-cı ildə Əlibaba Məmmədovun ifasında səsləndirilib. Məlumata görə Əliağa Vahid bir gün Terek çayında gəmi ilə səfər edirmiş. Birdən vətən üçün darıxır və beləliklə bu təsnifin sözləri yaranır. Təxminən 50 il əvvəl Əlibaba Məmmədov bu şeirə təsnif bəstələyir. "Terek" sözünü "Xəzər" ilə əvəz edir. Təsnif Şur ladında yazılmış və sovet dövründə "Şur təsnifi" kimi təqdim olunmuşdur.
Əlibaba Məmmədov təsnif haqqında bunları deyib:
Daha sonra təsnif Eyyub Yaqubovun, Güllü Muradovanın, Babək Niftəliyevin, Rəvanə Əmiraslanlının, Ehtiram Hüseynovun, Almaxanım Əhmədlinin ifalarında səsləndirilib.
Trendə çevrilməsi
Təsnif Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin ifasında məşhurlaşmışdır. Xudayar Yusifzadə döyüşlərdən iki gün öncə "Vətən yaxşıdır" təsnifini oxuyarkən döyüş yoldaşları ilə özünü videoya almışdır. Həmin video sosial şəbəkələrdə trendə çevrilmişdir.
Əlibaba Məmmədov Xudayarın ifası haqqında deyirdi:
Mətn Orijinal mətni Dumanlı dağların başında durdum, Dumandan özümə bir xeymə qurdum, Keçdi xəyalımdan öz gözəl yurdum, Dumanlar başımda duman göründü.
Xəzər Dənizi tək eşqinlə coşdum, Xülyalar içində sanki bihuşdum, Vətən arzusu ilə nəğmələr qoşdum, Tufanlar qarşımda dastana döndü.
Könüllər cəlb edən bu xoş mənzərə, Şövqümü artırdı şerə qəzələ, Çarpdıqca vətənim, elim nəzərə, Təbiət də mənə heyran göründü.
Deyirlər bülbülə çəmən yaxşıdır, İnsan üçün laləzar vətən yaxşıdır, Vahid, sorma vətən nədən yaxşıdır, Adı gəlcək könlüm xəndan göründü.
İstinadlar
Xarici keçidlər Abbas Bağırov və Xudayar Yusifzadə — Vətən Yaxşıdır (Oxu, qardaşım, oxu)
Kateqoriya:Əliağa Vahid Kateqoriya:İkinci Qarabağ müharibəsi