Bilal Baxşalı oğlu Mahmudov () — Azərbaycan Kommunist Partiyası Balakən Rayon və Kürdəmir Rayon Komitəsinin birinci katibi.

Haqqında 5 may 1929-cu ildə Tərtər rayonunda anadan olmuşdur. Bilal Mahmudov uzun müddət partiya və dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb, Tərtər, Bərdə və Yevlax rayonlarının Partiya Dövlət Nəzarəti Komitəsinin sədri və Balakən, Kürdəmir Rayon Partiya Komitələrinin 1-ci katibi vəzifələrində fəaliyyət göstərib. Eləcə də IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Bilal Mahmudov 89 yaşında vəfat edib.

Kitabları

Ömür karvanımın ləpirləri: Xatirələr. Bakı: Şuşa, 2002.

İstinadlar

Kateqoriya:Azərbaycan Kommunist Partiyası Kürdəmir Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Azərbaycan memuarçıları