Saçaqlı tısbağa və ya mata mataКудрявцев С. В., Фролов В. Е., Королев А. В. Террариум и его обитатели (обзор видов и содержание в неволе). — М.: Лесная промышленность, 1991. — С. 270. — 349 с.) () — Monotip Chelus cinsinə daxil olan Cənubi Amerika ilanboyunlu şirin su tısbağası. Son dərəcə qəribə və özünəməxsus bir görünüşə malikdir.
Təsvir
Çanağının uzunluğu 40 sm-dir. Çanağın kəskin konusvari tüberklər tərəfindən əmələ gələn dişli kənarları var.
thumb|left|170px|Saçaqlı tısbağanın başı
Bu canlının üçbucaq başı və umşaq xortumu vardır. Uzun oynunun kənarlarında qəribə çıxıntılar vardır. buna bənzər çıxıntılar boğaz və yan nahiyələrəd belə vardır. Bu heyvan yaxşı maskalanmaq imkanı verir. Bu canlıların yetkinlərinin çəkisi 15 kq çatırToutes les tortues du monde by Franck Bonin, Bernard Devaux and Alain Dupré, second edition (1998), editions Delachaux and Niestlé / WWF.
Yayılması
Cənubi Amerikanın Orinoko hövzəsindən Amazon hövzəsinə qədər, orta və şimali Braziliya, Venesuela, Şərqi Kolumbiya, Ekvador, Peru (şərqi), Boliviya (şimalı), Fransız Qviyanası, Qayana, Surinam və Trinidadın durğun sularında yaşayır. Floridaya (ABŞ) isə introduksiya olunmuşdur.
Qidalanması
Təbiətdə əsasən balıqla qidalanırlar. Bunun xaricində nadir hallarda çömçəquyruq, qurbağa, molyus və su quşları (xəlvəti olaraq ovlaya bilirlər) ilə qidalanırlar.
thumb|left|220px
Saçaqlı tısbağa və insan
Bəzi yerlərdə yaşayış yerlərinin məhv olması səbəbindən növün sayı azalır.
Qapalı vəziyyətə saxlanılması
Mata-mata parlaq işığı sevmədiyi üçün müxtəlif yerlərdə möhkəmləndirilmiş ekranlar tərəfindən yaradılan kölgəli sahələri olan geniş akvaterrariumlarda saxlanılır. Çox istisevər bir tısbağadır, suyun temperaturu + 28 … + 30 °C və hava istiliyi + 28 … + 31 °C-də saxlanılır. +24 °C-də yeməkdən imtina edir. Qapalı vəziyyətdə mata-mata daha balıqlarla qidalanır, baxmayaraq ki, qurbağalar və toyuq əti ilə də yaxşı qidalanır. Tısbağalar il boyu cütləşirlər. YumurtaNI oktyabr–dekabr aylarında qoyur. Bir dəfəmə 12 ilə 28 yumurta qoyması ilə seçilir. +30 °C temperaturda inkubasiya müddəti 60–140 gün, +28 °C — 194 gün, + 24 … + 25 °C — 250–311 gündür. Gənc tısbağalar balıq qırıntıları ilə bəslənilir.
Ədəbiyyat Кудрявцев С. В., Фролов В. Е., Королев А. В. Террариум и его обитатели (обзор видов и содержание в неволе). — М.: Лесная промышленность, 1991. — С. 270. — 349 с.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Tısbağalar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənubi Amerika faunası Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər