Muzeyin tarixi Muzey 1986-cı ilin yanvar ayında fəaliyyətə başlamışdır. Yarandığı zaman fondda təqribən 3000-ə yaxın eksponat olmuşdur. Yarandığı 25 il ərzində muzey eksponatların sayının artması, gələn tamaşaçıların ildən-ilə çoxalması və s. baxımdan işini uğurla davam etdirir. Muzey hazırda tarixi abidə olan, XIX əsrə aid Qarxumlu Əşrəf bəyin evində yerləşir.

Muzey fondu Muzeyin fondu 2 hissədən olmaqla. əsas və köməkçi fonddan ibarətdir. Əsas fondda məişət və etnoqrafik əşyalar, kağız və fotosənədlər üstünlük təşkil edir.Hal hazırda muzeyin fondunda 6000-ə yaxın eksponat qorunub saxlanır.Muzeydə Ağdaşın qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini və bu gününü əks etdirən eksponatlar nümayiş etdirilir.

Muzeyin yeni binası Muzey 2015-ci ildə yeni binaya müasir binaya köçürülmüşdür.

Muzey ekspozisiyası Muzeyin ekspozisiyası isə 7 bölmədən ibarətdir: Türyançay dövlət qoruğu Qədim kənd təsərrüfatları alətləri XIX əsrə aid kənd evinin maketi İnqilablar dövrü Böyük Vətən Müharibəsi Rayonun incəsənət xadimləri Müasir Ağdaş Eksponatlar xronoloji qaydada yığılmışdır. Burada etnoqrafiya, arxeologiya, xalq tətbiqi sənəti, numizmatikanı əks etdirən nümunələr, Ağdaşın görkəmli şəxiyyətlərinin şəxsi sənətləri və digər eksponatlar nümayiş etdirilir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycandakı tarix-diyarşünaslıq muzeyləri