Canxotları və ya Canxotovlar — balkar əsilzadə soyu.
Haqqında Canxotları bəzi balkar soyları kimi əfsanəvi Basiatın nəslindən gəlirlər. Basiat Aydabollarından başqa həm də Abayevlər, Əmirxanovlar, Bəyovlar, Botaşevlər, Canxotovlar, Kuçukovlar, və Şahanovlar nəsillərinin də əcdadı sayılır. Rəvayətlərə əsasən Qafqazda yerləşən Macar şəhərindən gəlmə Basiatın nəslindəndirlər. Rəvayətə əsasən Basiat Şimali Qafqaza öz qardaşı Badinatla birlikdə gəlir və burada balkar əsilzadə soyunun əsasını qoyur. Badinat isə Diqoriyaya gedərək burada Badeliatlar bəy soyunun əcdadı olur. Basiatın nəvəsi Temrükdən Canxotları və Şahanları soyları törəyib.
Bu soy Balkar dərəsindəki Rıçi, Karasu, Kunnyum-Sxavat, Emelle, Orakay, Janay, Jalpak, Buşturu, Canxot-Cayu torpaqlarına sahiblik edib.
Həmçinin bax Abayları Malkarukları Urusbiyevlər
İstinadlar
Kateqoriya:Qaraçay-balkar soyları