Ənvər Həmidoviç Həmidov(kumukca: Анвар Гамидович Гамидов; ) — kumuk şairi, tərcüməçi və pedaqoqu
Həyatı Ənvər Həmidoviç Həmidov Dağıstan MSSR-in Buynaksk rayonunun Teben Kazaniş kəndində varlı mülkədar ailəsində anadan olmuşdur. Atası Həmid Həmidov xalq arasında Bəy Həmid adı ilə tanınmışdır. Anası Pasihat Yəhyayevanın onun kiçik yaşlarından xalq ədəbiyyatına bağlanmasında böyük rolu olmuşdur. Böyük qardaşı Hacı Həmidov İkinci Dünya müharibəsində Leninqradın mühasirəsi zamanı həlak olmuşdur.
Orta məktəbi doğulduğu kənddə oxumuş, daha sonra Çeçen-İnquş Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra müxtəlif dövrlərdə Teben Kazaniş kəndində direktor müavini, Buynaksk rayon maarif şöbəsinin müdiri, Apşin rayonu icra hakimiyyətinin müavini vəzifələrində işləmişdir. 1967–1971-ci illərdə Çeçen-İnquş MSSR-nin Malgobek rayonunun Psedax orta məktəbinin direktor müavini vəzifəsində çalışmışdır. Ömrünün son illərində rayon Ağsaqqallar Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. O, "Tenqlik" adlanan kumuk xalq hərəkatının təşkilatçılarından biri və rəhbəri olmuşdur. Şahidlərin bildirdiyinə görə, Ənvər Həmidovun xalq qarşısında alovlu çıxışları izdihamı coşdurmuş, "Ullubəy Buynakski dirildi" deyə ona yüksək dəyər vermişlər.
Yaradıcılığı Ənvər Həmidov əsas etibarilə poeziya və tərcümə yaradıcılığı ilə məşğul olmuşdur. O, görkəmli rus şairi A. S. Puşkinin "Yevgeni Onegin" mənzum poemasını (İbrahim Bammatuli ilə) və yazıçı M. Qorkinin "Ana" romanını (M. Makaşaripovla) kumuk dilinə tərcümə etmişdir. Kumuk dilində yazdığı şeirlərindən ibarət müxtəlif kitabları nəşr olunmuşdur. Həmçinin şeirlərinin bir qismi antologiyalara daxil edilərək yayınlanmışdır. Yaradıcılıq uğurlarına görə onun bioqrafiyası Türkiyənin bəzi ensiklopediyalarına daxil edilmişdir.
Kitabları "Къарангылыкъ къачды бизден" (kumukca) "Яшлагъя" (kumukca)
İstinadlar
Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:Dağıstan şairləri Kateqoriya:Rusiya şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:Rusiya tərcüməçiləri Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:Rusiya pedaqoqları Kateqoriya:XX əsr şairləri Kateqoriya:Rus dilindən tərcümə edənlər