Kaynuu (; ) - Finlandiyanın vilayətidir. Bu vilayət Şimali Ostrobotniya, Şimali Savoniya, Şimali Kareliya vilayətəri və Rusiyanın Kareliya Respublikası ilə sərhəddədir. Mərkəzi Kayaani şəhəridir.

Coğrafiyası Bainal meşəsi Kaynuudakı biomun böyük hissəsini təşkil edir. Kaynuudakı meşələrdə, əsasən, ağcaqayın, şam və ladan ağacları bitir. Atipik regional coğrafiya və landşaft göllərdən, təpələrdən və geniş yaşayış olmayan meşə sahələrindən ibarətdir.

Bölgədəki ən böyük göl Finlandiyanın ən böyük göllərindən biri olan Ouluyarvidir (928.09 km²). Kaynuudakı sahillər, açıq sular və adalar Vaala, Paltamo və Kayaani kommunalarına aiddir.

Kaynuudakı ən yüksək nöqtə Hyuryunsalmi kommunasında yerləşən İso Tuomivaaradır(385 m).Sisä-Suomen tuulivoimaselvitys raportti part 3 Report. Regional Council of Kainuu. Referenced on 12.29.2015 Regional iqlim kontinentaldır.

Rayonlar Vilayət 2 rayon və 8 kommunadan ibarətdir. Kayaani və Kuhmo kommunalarının şəhər statusu var.

Kayaani rayonu: 23px Kayaani (37,664)Preliminary population in the Kainuu region Preliminary population statistics. Statistics Finland. Referenced on 12.28.2015 23px Paltamo (3,493) 23px Ristiyarvi (1,356) 23px Sotkamo (10,524)

Kehyus-Kaynuu rayonu: 23px Hyuryunsalmi (2,432) 23px Kuhmo (8,820) 23px Puolanka (2,784) 23px Suomussalmi (8,342)

Əhali

İstinadlar

Xarici keçidlər Kainuu (official site). http://www.kainuunliitto.fi/en/

Kateqoriya:Finlandiyanın vilayətləri