Ouen Çemberlen ( ) – subatomik antizərrəcik olan antiprotonu kəşf etdiyinə görə 1959-cu ildə Fizika üzrə Nobel mükafatını Emilio Gino Segre ilə bölüşmüş amerikalı fizik.

Həyatı Kaliforniyanın San-Fransisko şəhərində anadan olan Çemberlen, 1937-ci ildə Filadelfiyadaki "Germantown" Dostlar Məktəbini bitirdi. Dartmut Kollecində və Berkli Kaliforniya Universitetində fizika təhsili aldı. İkinci Dünya Müharibəsinin başlanmasına qədər məktəbdə qaldı və 1942-ci ildə həm Berklidə, həm də Los Alamos, Nyu-Meksikoda Segre ilə birlikdə çalışdığı Manhetten layihəsinə qatıldı. 1943-cü ildə Betris Babet Kapper ilə evləndiSanders, Robert (March 1, 2006). Owen Chamberlain, Physics Nobelist, UC Berkeley professor, LBNL researcher and co-discoverer of the anti-proton, has died at 85 . www.berkeley.edu.

1946-cı ildə müharibədən sonra Çemberlen fizik Enriko Ferminin rəhbərliyi altında Çikaqo Universitetində doktorantura işinə davam etdi.Yarris, Lynn (March 1, 2006). Berkeley Scientific Great Owen Chamberlain Has Died . www.lbl.gov (March 1, 2006) 1949-cu ildə Çikaqo Universitetindən Ph. D elmi dərəcəsini qazandı.

1948-ci ildə eksperimental işini başa vuran Çemberlen, fakültənin üzvü olaraq Berkliyə qayıtdı. Orada, Segre və digər fiziklər proton-proton səpələnməsini araşdırdılar. 1955-ci ildə Berkli, Bevatronda həyata keçirilmiş bir sıra proton səpələnmə təcrübələri antiprotonun kəşfinə yol açdı.

Çemberlen sülh və sosial ədalət məsələlərində siyasi cəhətdən fəal idi və Vyetnam müharibəsinə qarşı çıxışlar etdi. 1980-ci illərdə "Nüvə dondurma" hərəkatının qurulmasına kömək etdi. 2003-cü ildə Humanist manifestini imzalayan 22 Nobel mükafatçısından biri idi.

1985-ci ildə Çemberlenə Parkinson xəstəliyi diaqnozu qoyuldu və 1989-cu ildə müəllimlikdən təqaüdə çıxdı. Xəstəliyinin ağırlaşması səbəbindən, 2006-cı ilin 28 fevral tarixində, 85 yaşında Berklidə vəfat etdi.

İstinadlar

Xarici keçidlər Owen Chamberlain including his Nobel Lecture, December 11, 1959 The Early Antiproton Work Short Bio at Berkeley Guide to the Owen Chamberlain Papers at The Bancroft Library New York Times obituary National Academy of Sciences Biographical Memoir

Kateqoriya:Eksperimental fiziklər Kateqoriya:Berkli Kaliforniya Universitetinin məzunları Kateqoriya:Parkinson xəstəliyindən ölənlər Kateqoriya:Manhetten layihəsi şəxsləri