Malaqasi Nil timsahı () — əsl timsahlar sinfinin ən böyük nümayəndələrindən biri sayılan Nil timsahının bir yarımnövü. Yalnız Madaqaskar adasında yayılmışdır. Malaqasilər buna "voay" və ya "mamba" deyirlər. Hal-hazırda yarımnöv insanlar tərəfindən demək olar ki, məhv edilir. Son Malaqasi Nil timsahlarına əlçatmaq çətinkeşilən yerlərdə rast gəlinir. Məsələn: Ankarana massivinin yeraltı çaylarında (Ankarana Milli Parkı). "Müqəddəs göllərdə" yaşayan və dini qadağa ilə qorunan populyasiyalar da var. Belə bir göl Ambilube və Antsiranana şəhərləri arasında yerləşən Anivuranudur.
Ədəbiyyat Мадагаскар / Сакалоў В. Е. — М.: Прагрэс, 1990. С. 141. ISBN 5-01-002049-1
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Timsahlar