Şakmanları və ya Şakmanovlar — balkar əsilzadə soyu.
Haqqında Şakmanları soyunun əsasını XVII əsrdə yaşamış Şakman qoyub. Onun əcdadları haqqında bir sıra fərziyyələr var. Bir fərziyyəyə görə o əfsanəvi Basiatın nəslindəndir. Digər bir fərziyyəyə görə isə Şakman Arxon dərəsindən gəlib və onun əcdadı noqay olub. Şakmanları soyu Xulam-Bezengi dərəsində yerləşən Xulam dağ cəmiyyətində hökm ediblər. 1917-ci ildən sonra Şakmanları repressiyalara məruz qalaraq Xulamı tərk etmək məcburiyyətində qalıblar.
Həmçinin bax Abayları Malkarukları Urusbiyevlər
İstinadlar
Kateqoriya:Qaraçay-balkar soyları