Vat Samfran (tay. วัดสามพราน) — Banqkokun təxminən 40 km qərbində yerləşən Nakhon Pathom əyalətində buddist məbədi. Məbəd rəsmi olaraq 1985-ci ildə qeydiyyata alınıb. In: Royal Gazette of 22 Oct 1985, p. 5200 (pdf, on ratchakitcha.soc.go.th, in Thai).

O, bütün hündürlüyü boyunca qırmızı və yaşıl rəngli, nəhəng əjdəha heykəli ilə dövrələnmiş 17 mərtəbəli slindrşəkilli çəhrəyı binası ilə məşhurdur. Heykəlin içində isə bəzi yerləri korlanaraq pis vəziyyətə düşmüş spiralvari pilləkənlər var. Burada həmçinin digər buddist heykəllərindən əlavə, Buddanın da nəhəng heykəli mövcuddur.

Məbədin ruhanilərinin adı 2004-cü ildə uzunmüddətli həbs cəzaları ilə nəticələnən cinsi zorakılıq skandalına qarışmışdır.

İstinadlar

Kateqoriya:Buddist məbədləri