Şahin Yusif oğlu Hüseynquliyev () — Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin qazisi, Vətən Müharibəsi Qəhrəmanı.

Hərbi xidməti Heydər Əliyev adına Hərbi Lisey (2006–2009) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası (2009–2013) Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Şahin 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Hüseynquliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

İrsi və xatirəsi 2022-ci il sentyabrın 29-da İctimai Televiziyanın "Heç kim unudulmur, heç nə yaddan çıxmır" verilişinin növbəti seriyası Şahin Hüseynquliyevə həsr edilmişdir.

Təltifləri 50px (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı 50px (02.02.2024) — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

İstinadlar