250px|thumb|right|Koreya müharibəsinə göndərilən birliklərin paradında, "Koreya" sözü ağ hərflərlə mavi rəngdə uniformaları qollarına tikilmişdir. Türk briqadası (kod adı Şimal Ulduzu, , və yaxud Qütb UlduzuKutup Yıldızı – Kore Savaşı'nın 50. Yıldönümü ("North Star: the 50th Anniversary of the Korean War", TRT İzmir, Director: Ismail Ragıp Geçmen, 2000)) — Koreya müharibəsində 1950–1953-cü illərdə BMT qüvvələrinin tərkibində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin piyada briqadası. ABŞ Ordusunun 25-ci diviziyasının tabeliyində olmuş və bir sıra döyüş əməliyyatlarında iştirak etmişdir. Xüsusən Kunu-ri döyüşündə göstərdikləri şücaətə görə ABŞ və Cənubi Koreya hökumətləri tərəfindən təşəkkürə layiq görülmüşdülər. Türk briqadası müharibə ərzində döyüş qabiliyyəti, cəsur müdafiə, vəzifəyə sadiqliyi və şücaəti ilə şöhrət qazanmışdı.
İkinci Dünya müharibəsi bitsə də, ondan sonra yeni müharibə Soyuq Müharibə başlamışdı. Soyuq Müharibə dünyanın iki qütbə bölən SSRİ və ABŞ arasında gedirdi. Hər iki tərəf bu müharibədə özünə yeni müttəfiqlər axtarırdı. Belə yeni müttəfiqlərdən də biri Türkiyə ola bilərdi. İkinci Dünya müharibəsi dövründə bitərəf qalan Türkiyə müharibədən sonrakı dövrdə beynəlxalq mühitdə tək qalmışdı. Özünə yeni müttəfiqlər axtaran ABŞ Türkiyəni öz tərəfinə çəkmək istəyirdi. Gələcək SSRİ təcavüzündən qorunmaq üçün Türkiyə də bu müttəfiqlikdə maraqlı idi. Beləliklə, Türkiyə Qərb bloku və ABŞ-yə yaxınlaşmağa başladı. Türkiyə Şimali Atlantika İttifaqı NATO-ya girişini sürətləndirmək üçün Koreya müharibəsinə əsgər göndərməyə razılaşdı.
Türkiyə Cümhuriyyəti əvvəlcə Koreyaya topçu taboru ilə gücləndirilmiş bir piyada alayı göndərməyi düşünürdü, lakin sonradan alayın briqada səviyyəsinə qədər artırılması qərarı verildi. Koreyaya göndərilən Briqada üç piyada taborundan, topçu batalyonundan və köməkçi bölmələrdən ibarət olmaqla ümumilikdə 5 min nəfərdən ibarət şəxsi heyətə malik idi. Briqadaya general Tahsin Yazıcı komandanlıq edirdi. Ankarada qurulan briqada dəmir yolu ilə İskəndəruna gəldikdən sonra, ABŞ-nin ayırdığı gəmilərlə Koreyanın Pusan limanına yola düşdü. Türk briqadası Koreyada ABŞ hərbi ləvazimatlarla təchiz edildi. 1950-ci il noyabrın 10-da Briqada cəbhəyə göndərildi. Əvvəlcə Seuldan 60–100 km şimalda bölgənin təhlükəsizliyini təmin edən Briqada daha sonra Kunu-ri bölgəsinə aparıldı. Türk hərbi kontingenti ABŞ 8-ci Ordusunun ehtiyatına təyin edilsə də, 1950-ci ilin noyabrında Çinin irihəcmli hücumundan sonra cəbhə xəttinin yarılması ilə türk əsgərləri döyüşlərin mərkəzinə düşdü. Ümumilikdə Briqada 1950-ci ilin noyabrından 1953-cü ilin iyuluna qədər Kunu-ri, Kumancan-Ni, Çxorvon, Veqas döyüşlərində iştirak etmişdir. Müharibədə olduğu üç il ərzində Briqadada ümumilikdə 14.936 şəxs xidmət etmişdir. Briqadanın itkiləri ümumilikdə 721 şəhid, 2111 yaralı və 168 itkin olmuşdur.
Briqadanın üçüncü xidməti ilində 1953-cü ildə Koreya Sülh Müqaviləsi imzalandı. Bundan sonra, Türkiyə hərbi qüvvələri Birləşmiş Millətlər Təşkilatının razılaşmalarına uyğun olaraq tam briqada səviyyəsində daha yeddi il Koreyada davam etdirdi. Türkiyə Cümhuriyyətinin yeddinci Prezidenti Kənan Evrən 1958-ci ildən 1959-cu ilə qədər bu Briqadada xidmət etmişdir. Türkiyənin məşhur yazıçısı, dramaturqu və köşə yazarı Rəfiq Ərduranda könüllü olaraq Briqada da tərcüməçi kimi xidmət keçmişdir.
Türk briqadası 1971-ci ildə Koreya yarımadasından geri çağırılmışdır.
Tarixi İkinci Dünya müharibəsinin bitməsi və Soyuq müharibənin başlaması ilə Türkiyə beynəlxalq mühitdə tək qalmışdı. Türkiyə İkinci Dünya müharibəsi dövründə bitərəf qalaraq, Almaniyaya qarşı neytralığını qorumuşdu. Ancaq müharibədən sonra Türkiyə SSRİ-nin Şərqi Anadolu bölgəsinə və boğazlarda baza və ortaq müdafiə tələbləri ilə qarşı qarşıya qaldı. Belə şəraitdə Türkiyə Sovet İttifaqının təhdidinə qarşı müttəfiq axtarmağa başlayır, Qərb bloku və ABŞ-la ortaq məxrəcə gəlməyə çalışır.
Türkiyə NATO-ya girişini sürətləndirmək üçün Koreya müharibəsinə əsgər göndərmək məcburiyyətində qalmışdı. Xüsusilə bu davranış sol qüvvələr tərəfindən tənqid olunaraq "gənc türklərin qanı bahasına Amerikaya satılmaq" adlandırılmışdı. Bundan sonra Türkiyə ilə Qərb Bloku arasında yaxınlaşdırmanı sürətləndirmiş və Türkiyə 18 fevral 1952-ci il tarixində NATO üzvülüyünə qəbul edilmişdi.
Təşkili 1950-ci il iyunun 27-də BMT-nin 83 saylı qətnaməsi qəbul edildi. Bu qətnaməyə əsasən Cənubi Koreyaya ərazisinə hücum edərək, işğal edən KXDR qoşunlarına qarşı cənuba hərbi yardım göstərilməli idi. Türkiyə, ABŞ-dən sonra bu qətnaməyə əməl edən ikinci ölkə oldu. İyulun 25-də Adnan Menderes hökuməti Koreyaya türk hərbçiləri göndərməyə hazır olduğunu açıqladı. Ardınca Türkiyə hökuməti Koreyaya 5.000 nəfərlik briqada göndərməyə qərar verdi. Yeni yaradılmış hərbi bölmə üç piyada taborundan, topçu batalyonundan və köməkçi bölmələrdən ibarət idi.
Xidmət tarixi Müharibədə hər il bir-birini əvəz edən Türkiyə silahlı qüvvələrinin üç fərqli briqadası iştirak edirdi. Koreyaya gedən ilk Türk briqadasının əsasını Ankara yaxınlığında Ayaş mahalında yerləşən 241-ci Piyada Alayı təşkil etdi. Briqadanın tərkibi ilk dövrlər könüllülərlə komplektləşdirilmişdi. Könüllülər arasından seçilən bu briqada 259 zabit, 18 hərbi zabit, 4 dövlət qulluqçusu, 395 xırda zabit, 4414 əsgər olmaqla 5090 nəfərdən ibarət idi.Tarihi Değiştiren Savaşlar, Ali Çimen-Göknur Göğebakan, Timaş yayınları, İstanbul 2006, ISBN 975-263-486-9
Briqadaya Birinci Dünya müharibəsi veteranı briqada generalı Tahsin Yazıcı komandanlıq edirdi. Buna görə hətta Yazıçı rütbəsinin aşağı salınmasına da razı oldu. Tahsin Yazıçı Çanaqqala müharibəsində birinci briqadaya komandirlik etmişdi.
Türkiyə hərbi qüvvələrinin ilk birlikləri Busana 1950-ci il oktyabrın 12-də, əsas qüvvələr isə beş gün sonra gəldi. Bütün bölmələr dəniz yolu ilə İskəndərun limanından göndərilmişdi. Briqada Tequ yaxınlığında düşərgə qurdu və ABŞ Ordusunun 25-ci Piyada Diviziyasının tərkibinə daxil oldu.
Türk əsgərlərinin əksəriyyəti Türkiyənin şərqindəki kiçik şəhər və kəndlərdən idi. Onların əksəriyyəti ilk dəfə yalnız ölkəni deyil, həm də doğma yerlərini tərk edirdilər. Bundan əlavə, onlar burada ilk dəfə qeyri-müsəlmanlarla tanış oldular. Sözsüz ki, türklərlə amerikalılar arasında çox böyük mədəni və dini fərqlər var idi. ABŞ komandanlığı bu amilləri və həmçinin dil əngəllərini nəzərə almamışdı. Bu da ümumi hərəkətləri koordinasiya etməkdə çətinlik yaradırdı. Qeyri-ənənəvi yemək də türk əsgərlərinin çətinliklərini daha da artırırdı. Belə ki, donuz əti olan Amerika yeməkləri türk əsgərləri üçün qəbuledilməz idi. Nəticədə, xüsusilə onlar üçün bir yapon aşpaz işə götürüldü. Əsgərlərin qeyri-adi görünüşü — uzun bığ və xəncərlər də çox diqqət çəkirdi.
Briqada bir illik xidmət müddətindən sonra tam hazırlıqlı vəziyyətə gəldi. Briqadanın üçüncü xidməti ilində 1953-cü ildə Koreya Sülh Müqaviləsi imzalandı. Bundan sonra, Türkiyə hərbi qüvvələri Birləşmiş Millətlər Təşkilatının razılaşmalarına uyğun olaraq tam briqada səviyyəsində daha yeddi il Koreyada davam etdirdi. Türkiyə Cümhuriyyətinin yeddinci Prezidenti Kənan Evrən 1958-ci ildən 1959-cu ilə qədər bu Briqadada xidmət etmişdir.Biography , Presidency of the Republic of Turkey Türkiyəli məşhurlardan yazıçı, dramaturq və köşə yazarı Rəfiq Ərduranda müharibə dövründə könüllü olaraq Briqada da tərcüməçi kimi xidmət etmişdir.
Türk birliklərinə amerikalı zabitlər təhkim olunmuşdu, lakin onların səyləri də əsgərlər arasında qarşılıqlı əlaqə yaratmaq üçün yetərli deyildi. General Yazıcı da ingilis dilində danışmırdı və amerikalılar buna fikir vermirdilər. Əvvəlcə əhəmiyyətsiz görünən problem, birbaşa hərbi əməliyyatların başlaması ilə kəskin şəkildə özünü büruzə verdi.
Birləşmiş Millətlər Qüvvələri Baş Komandanı General Duqlas Makartur Türk briqadasının müharibədə iştirakı barədə yazırdı: "Koreyadakı hərbi vəziyyəti bütün Amerika ictimaiyyəti narahatlıqla izləyirdi. Ancaq bu narahat günlərdə türklərin göstərdiyi qəhrəmanlıq Amerika millətinə ümid verdi və onlara cəsarət aşıladı. Amerika ictimaiyyəti Türk briqadası tərəfindən göstərilən xidmətlərin dəyərini tamamilə qiymətləndirir və bunlar sayəsində Səkkizinci Amerika Ordusunun dağınıq şəkildə geri çəkilə biləcəyini bilir. Amerika ictimaiyyəti Koreyadakı Birləşmiş Millətlər Qüvvələrinin mühasirəyə düşərək kommunistlərin əlinə keçməkdən xilas olduğunu türklərin göstərdiyi qəhrəmanlıqla bağlı olduğunu başa düşür".
Keçirdiyi döyüşlər 250px|thumb|right|Türk briqadasının komandiri Tahsin Yazıçı (ortada) ABŞ I Korpusunun komandanı general-leytenant Frank V. Melburnu 6 iyul 1951-ci il tarixində Türk bayramında iştirak etmək üçün Briqada qərargahına gələrkən salamlayır. Türk hərbi kontingenti ABŞ 8-ci Ordusunun ehtiyatına təyin edilsə də, 1950-ci ilin noyabrında Çinin irihəcmli hücumundan sonra cəbhə xəttinin yarılması ilə türk əsgərlərinin döyüşlərin mərkəzinə düşməsinə səbəb oldu.
Türk qoşunları 1950-ci ilin noyabrından 1953-cü ilin iyuluna qədər aşağıdakı döyüşlərdə iştirak etmişdi:
Kunu-ri döyüşü (1950-ci il noyabr-dekabr) Kumancan-Ni döyüşü (1951-ci il yanvar) Çxorvon diversiya əməliyyatı — Seul, Taegyewonninin müdafiəsi, Bakhar-Kumhvaya hücum (1951-ci il 22 – 23 aprel) Möhkəmləndirilmiş Veqas məntəqəsi uğrunda döyüş (1953-cü il 25 – 29 may)
1950-ci il noyabrın 26-da ROK-un (Cənubi Koreya) 6-cı və 7-ci diviziyası Tokçondan geri çəkilərkən türklər koreyalıları çinlilərlə səhv salaraq onların ön sütununun üzərinə hücum etdilər. Koreyalılara hücum edən Vavona gələn ilk türk taboru idi. Türklər koreyalıların bir hissəsini öldürüb yüz iyirmi beş nəfərini isə əsir götürdülər. Səhv kəşfiyyat məlumatları səbəbindən türklər yolda Çin qüvvələri ilə qarşılaşacaqlarını gözləyirdilər.Appleman 2008 , pp. 88–89. Bu hadisə Amerika və Avropa mediasında səhv olaraq türklərin çinlilər üzərində qazandığı qələbə kimi tirajlandı. Amerikalılara həqiqət barədə xəbərlər sızdırıldıqdan sonra da KİV-lər tərəfindən bu səhvi düzəltmək üçün heç bir səy göstərilmədi.Appleman 2008 , pp. 88–89.Leckie 1996 , p. 203. Leckie 1962, p. 203. Ertəsi gün noyabrın 27-də Vavonun şərqində türklərin irəlidə gedən bir dəstəsi çinlilər tərəfindən pusquya salındı.Appleman 2008 , p. 89. Pusquya düşən türklər məğlubiyyətə uğradıldı. Bu tüklərin ağır itkilər verməsinə səbəb oldu. Pusqudan sağ çıxan türk bölməsinin əsgərləri ertəsi gün Vavon yolunun şimalında və şimal-qərbində Amerika 38-ci Piyada Diviziyasının mövqelərinə çatdılar.Appleman 2008 , p. 90. Keçon və Kunu-ri bölgələrində, eləcə də Tokçon-Kunu-ri yolunda çox sayda Çin qüvvəsi ilə döyüşlərdə türklər texnika, nəqliyyat vasitələrinin və topçu silahlarının çoxunu itirdilər. Üstəlik briqada ölən və yaralılar daxil 1000-ə qədər itki verdilər.Appleman 2008 , p. 92. Türk briqadası Çin ordusunun tam mühasirəsinə düşsə də, çinlilərin tələsindən çıxmağı bacardılar. Türklər mühasirəni yarıb ABŞ 2-ci Piyada Diviziyasına qoşula bildilər. Çin əsgərləri türklərin güclü müqaviməti ilə qarşılaşdığından, onların irəliləməsi səngidi. Beləliklə, türklərin çinliləri durdurması BMT qüvvələrinin daha çox itki vermədən geri çəkilməsinə və dekabrda yenidən toparlanmasına kömək etdi. Vuvon döyüşündən sonra Türk briqadası Cənubi Koreya qoşunlarının II Korpusuna kömək üçün göndərildi.Appleman 2008 , p. 190. 1950-ci ilin dekabr ayında general Tahsin Yazıcı və tabeliyində olan on beş türk zabiti və şəxsi heyət üzvü Vuvon döyüşü əsnasında çinlilərə qarşı göstərdikləri şücaətə görə general Volton Volker tərəfindən "Gümüş Ulduz" və "Bürünc Ulduz" medalları ilə təltif olundular.Appleman 2008 , p. 92. 200px|thumb|left|ABŞ-nin 2-ci Piyada Diviziyasının Kunu-ridəki mövqelərdən geri çəkilmə xəritəsində yollar.